Nazirlikdən müəllim tərəfindən təhqir olunan məktəbli ilə bağlı YENİ AÇIQLAMA

Nazirlikdən müəllim tərəfindən təhqir olunan məktəbli ilə bağlı YENİ AÇIQLAMA"Son dövrlərdə məktəblərdə oğlan uşaqlarının saç uzatması, müəyyən formaya salınmasına rast gəlinir. Eləcə də qızların saçlarını rəngləməsi də müşahidə edilir"

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

A.Zeynalova bu yaxınlarda məktəblərdən birində müəllimin sinfə yeni gələn 11 yaşlı oğlanı saç formasından dolayı qız kimi təqdim etməsi ilə bağlı məsələyə də toxunub:

"Uşaq xaricdən gəlib. Müəllim onun saçına görə sinfə onu qız kimi təqdim edib. Bu da uşağa psixoloji problem yaradıb. Onun valideyni bu barədə sosial şəbəkədə də məlumat paylaşıb. Məsələ ilə bağlı məktəb tərəfindən müəllimə töhmət də verildi, amma neçə illik pedaqoji təcrübəsi olan birinin belə bir hərəkətə yol verməsi qəbulolunmaz haldır. Uşağın saçı uzun olsa da, geyimi oğlan geyimi olub. Zarafatla olsa belə, müəllimin bu hərəkəti yolverilməzdir.

Uşaq artıq o sinifdə necə təhsil alacaq? Hər uşaq bir evdən gəlib və öz evinin güzgüsüdür. Mənə çox maraqlıdır. Müəllim o sinifdə uşaq üçün normal olmayan bir mühit yaratdı. Mən bir mütəxəssis və valideyn kimi həmin şagirdin valideynini anlayıram. Müəllimə töhmət verilsə də, o uşağa qarşı sinif yoldaşlarının göstərəcəyi münasibət məni çox narahat edir".

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edərək onu təhqir edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və müəllimə töhmət verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1235   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Elm sahəsinə əlavə milyonlar ayrılacaq

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsindəki 229 milyon 498 min 838 manatlıq göstəricidən 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çoxdur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasını

25 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr