İlham Əliyev: "Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər"

İlham Əliyev: "Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər""Əslində, biz bunu Azərbaycanda ən azından son onillikdə fəal şəkildə həyata keçiririk. Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz. Bu imkanı yaxşı regional əməkdaşlıq mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya yaratdı".

Sonxeber.az "Report" - a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib.

"Lakin bu, asan deyildi, çünki biz çoxlu sərmayə yatırmalı idik. Bu gün, məsələn, Azərbaycanda bizim altı beynəlxalq hava limanımız var və azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanımız var. Birinin açılışı artıq olub, ikisi də olacaq. Biz ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmişkən, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb", - Prezident söyləyib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var:

"O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir. Mən üstəlik Xəzər dənizində ən böyük ticarət limanının açılışını qeyd edərdim. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Gəmiqayırma zavodunun tikintisi. Biz artıq özümüzü bütün növ yük gəmiləri, tanker və bərələrlə təmin edirik. Beləliklə, bu, həqiqətən də böyük aktivdir. Üstəgəl sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik, etibarlılıq. Çünki biz heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz var. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1328   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr