Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür - FOTO

Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür - FOTOİranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ötən gün özünün sosial media hesabında bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşəcəyi barədə məlumat paylaşıb.

İranlı səfirin sözlərinə görə, bu dəhliz Pakistan, İran və Türkiyə arasında Şimal-Cənub dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars Körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşir.

Artıq bu ilin iyun ayında Azərbaycandan keçən və Süveyş kanalına rəqib hesab olunan Şimal-Cənub dəhlizi işə düşüb. Dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Dəhliz üzrə qatarların hərəkətinin mütəmadi olması planlaşdırılırdı.
Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür - FOTODəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malik olduğu vurğulanır.

Fars Körfəzi - Qara Dəniz nəqliyyat dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu istiqamətdə nəqliyyat əlaqələrinin formalaşması region üzərindən daşınan beynəlxalq yüklərin həcminə birbaşa təsir göstərəcək.

Onun sözlərinə görə, regionun beynəlxalq yükdaşımalar baxımından potensialı kifayət qədər böyükdür:

"Azərbaycan və İran Şimali-Cənub nəqliyyat dəhlizində iştirak edən dövlətlərdir. Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində fərqli istiqamətlərdə əməkdaşlıq var. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin və eyni zamanda digər Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi istiqamətində də əməkdaşlıq müşahidə olunur. Üç ölkəni birləşdirən yeni nəqliyyat dəhlizi istiqamətinin formalaşdırılması da regionun mövcud beynəlxalq yükdaşımalar üzrə imkanlardan daha fəal şəkildə iştirak etmək niyyətində olmasından xəbər verir".
Azərbaycandan keçməklə İrandan Avropaya uzanan nəqliyyat dəhlizi işə düşür - FOTODeputat əlavə edib ki, Gürcüstan "3+3" platformasında iştirakını təsdiq etməsə də regionda digər formatlarda əməkdaşlığa maraqlı ölkədir:

"Azərbaycan və Gürcüstan arasında belə əməkdaşlıq formatı uzun müddətdir ki, var. Azərbaycan, Gürcüstan və İranın nəqliyyat sahəsində əməkdaşlığı "altılıq platforması"a alternativ kimi qiymətləndirilməməlidir. Bu sadəcə regionda həyata keçirilən və əvvəlki dövrlərdə də müşahidə edilən əməkdaşlıq nümunələrindən biridir".

Qeyd edək ki, İran, Azərbaycan və Gürcüstandan keçəcək və Fars körfəzini Qara dənizlə birləşdirəcək tranzit marşrutunun təşkili daha əvvəl də gündəmdə idi. Hazırda marşrutun işə düşməsi gündəmdədir. Yüklərin İrandan Azərbaycana, oradan Gürcüstan vasitəsilə Bolqarıstan və Şərqi Avropa limanlarına çatdırılması gözənilir. Bu marşrut çərçivəsində 22 dekabrda İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1249   Tarix: 20 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr