Pedofillər üçün ölüm hökmünün tətbiqi təklif edildi
RF Dövlət Dumasının "Vahid Rusiya"dan olan deputatı Sultan Həmzəyev bir sıra cinayətkarlar üçün ölüm hökmünün tətbiqini təklif edib.
Həmzəyev bildirib ki, yetkinlik yaşına çatmayanların zorlanmasına görə əvvəllər məhkum olunmuş pedofillərin ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. O əlavə edib ki, belə cinayətkarlar daha da sərt məsuliyyət daşımalıdırlar.
"Bir şey dəqiqdir. Belə cinayətə qadir olanlar daha yüksək müddətə yox, ölüm cəzasına layiqdirlər", - deyə deputat vurğulayıb.
Siyasətçi əlavə edib ki, Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi qanun yalnız "pedofillər-təkrar cinayət törədənlər" üçün cəza nəzərdə tutur.
"Ancaq mən hesab edirəm ki, hər bir belə cinayətkar birinci cinayətdən dərhal sonra maksimum cəza almalıdır. Düşünürəm ki, cəzanın dərəcəsini sistemli şəkildə artırmaq düzgün olardı", - deyə o fikrini yekunlaşdırıb.\oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 916 Tarix: 23 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
60 yaşdan yuxarı insanlar üçün MÜHÜM XƏBƏR
7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır. Bunu Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib. Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immu
10 mayKirayədə yaşayanlara 300 manat CƏRİMƏ
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub. Əvvəllə
10 mayHeydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 may