Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEO
2020-ci il Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək yeni tarix yazdı. Qələbəmizin, zəfərimizin şanı isə şəhidlərimizin, qazilərimizin, bütün müharibə iştirakçılarının, eləcə də xalqımızın sayəsində hələ uzun illər dillərdən düşməyəcək.
Ali Baş Komandanın əmri ilə Qarabağın 30 illik işğalına son qoyuldu, düşmən darmadağın edildi.
İllərdir tarixi Azərbaycan torpaqları olan Qarabağı düşmənlər öz torpaqları kimi təqdim etməyə çalışırdılar. Gah yalan tarix yazmağa çalışdılar, gah müxtəlif təxribatlara əl atdılar. Amma haqq, ədalət öz yerini tapdı və bu torpaqlar yenidən əzəli-əbədi sahiblərinə geri qayıtdı.
Bugünkü qəhrəmanımız vətənin daşını üçrəngli bayrağımıza boyamaqla müharibə dövründə sosial şəbəkələrdə hər kəsin rəğbətini qazanan Əkrəm Qurbanovdur. Qəhrəmanımız Hadrutda qayanı bayrağımızın rənglərində boyayıb. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və alqışlanıb.
Oxu.Az-ın əməkdaşı Hadrutdakı yüksəklikdə yerləşən qayanı boyayan Əkrəm Qurbanovla həmsöhbət olub.
Əvvəlcə onu deyim ki, Əkrəm Elyaz oğlu Qurbanov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Şəhərin 33 saylı tam orta məktəbində təhsil alan qəhrəmanımız 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub. 2012-ci ildə Akademiyanı bitirən Əkrəm Qurbanov peşəsi üzrə fəaliyyət göstərir.
Ə.Qurbanov deyir ki, əlillik dərəcəsi olduğu üçün müharibədə iştirak edə bilməyib, lakin arxa cəbhədə əlindən gələni əsirgəməyib:
"Azərbaycan Ordusu torpaqlarımızı qarış-qarış işğaldan azad etdikcə xalq olaraq hər birimiz fəxr hissi duyurduq. Hər kəs birlik olaraq əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Xocavənd Rayon Polis Şöbəsinin rəisi məni tanıyırdı və rəssam olduğumu bilirdi. Bir dəfə müharibə bitdikdən sonra mənimlə söhbət etdi. Dedi ki, Hadrutda bir qaya var, bayrağımızın rənglərinə boyanmışdı. Lakin indi rənglər solub və yenidən rənglənsə, yaxşı olar".
Əkrəmin Hadruta getmək eşqi o qədər güclü olub ki, bir an belə düşünmədən qayanın daha canlı rənglərlə boyanmasını öz üzərinə götürüb:
"Çox istəyirdim ki, işğaldan azad edilən torpaqlarımıza gedim. Hadruta getmək eşqi bir başqadır. Digər tərəfdən isə Vətən torpağında vətən üçün iş görmək şərəfdir. Aidiyyəti üzrə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təşəbbüsü və icazəsi ilə 2021-ci il oktyabrın 11-də Hadruta getdik. Sözügedən qaya Tuğ və Tağlar kəndlərinə gedən yolun üzərində yerləşir. Aşağıdan yuxarıya irəlilədikcə, eləcə də Hadrutun yüksəkliklərindən baxdıqda Azərbaycan bayrağı açıq-aydın görünür".
Hələ ki, işğaldan azad edilən ərazilərdə bənzər rənglənmə işləri ilə bağlı müraciət almadığını deyən Əkrəm belə bir təklif olarsa, canla-başla razı olacağını deyir:
"Əlimizdən gələni etməyə hazırıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Biz onlarla fəxr edirik. Nə yaxşı ki, o qayanı mən rəngləmişəm. Bununla qürur duyuram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1301 Tarix: 24 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrKartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
25 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabr