Qalib xalqın həmrəylik günü
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyevin səyləri ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Bu barədə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul edib, həmin günün bayram kimi qeyd olunması elan edilib. Dekabrın 25-də isə Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bundan sonraki illərdə bütün respublika ərazisində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmağa başlanıldı.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev tez bir zamanda bütün qarşıda duran problemlərin aradan qaldırılmasına nail oldu. Xalq-iqtidar münasibətlərini yenidən tənzimləyib, bu münasibətlərin möhkəmlənməsi istiqamətində böyük işlər gördü. Ümummilli Lider ölkəmizin ərazi bütövlüyünün beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail oldu. Erməni təcavüzünün, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlının əsas vəzifəsi olduğunu bildirərək, ilk dəfə 2001-ci il noyabrin 9-10-da Dünya azərbaycanlılarının birinci qurultayının kecirilməsinə nail oldu.
Sonrakı illərdə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm" kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Xalq-iqtidar birliyini inkişafının, xalqımızın möhkəm həmrəyliyinin məntiqi nəticəsi kimi Qarabağda erməni işğalına son qoymaq üçün 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə işğala birdəfəlik son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağın ürəyi sayılan Şuşanın azad olunması xəbərini verdikdən sonra bu xəbər nəinki ölkəmizdə, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının böyük sevinc və bayramına cevrildi. Ön cəbhədə ordumuzun, arxa cəbhədə mülki vətəndaşlarımızın əzmkarlığı bu Vətən müharibəsində böyük bir dastanın yazılmasına gətirib çıxartdı. Bu dastanın müəllifi isə heç şübhəsiz, Prezident İlham Əliyevdir. Bu il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq 2-ci dəfə ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd olunacaq.
Həmrəyliyin əbədi olsun Azərbaycan xalqı!
Metin Hüseynov - politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video