Çobana "Qardaşın arvadı yüngül həyat tərzi keçirir" deyən ferma sahibi qətlə yetirildi
Azərbaycanda çobanın ferma sahibini öldürməsinin təfərrüatı bəlli olub.
Oxu.Az məhkəmə istintaqı materiallarına əsasən, cinayət işinin motivini təqdim edir.
2021-ci ilin fevral ayında Samuxun Qarabağlar kəndindəki fermada çoban kimi işə düzələn Samir Quliyevin bir müddətdən sonra ferma sahibi Arzu Abdullayevlə fikir ayrılığı yaranır.
Belə ki, Arzu Abdullayev Samir Quliyevə əvvəlcədən danışdıqları aylıq ödənişi verməkdən boyun qaçırır.
"Bizim aramızda əvvəlcədən hər şey yaxşı idi, amma sonradan ödənişlə bağlı problemlər başladı. Mən Arzunun vasitəsilə qardaşımın evinə ət göndərmişdim. Bundan sonra o məni təhqir etdi, qardaşımın arvadının yüngül həyat tərzi keçirdiyini bildirdi", - Samir Quliyev ifadəsində belə deyir.
Bu sözlərdən sonra S.Quliyev ferma sahibinə üç gün vaxt verir ki, dediklərini sübut etsin.
Ödənişlə bağlı yaranan mübahisəni bu söhbət daha da dərinləşdirir. Dediklərini sübut edə bilməyən Arzu Abdullayev isə Samir Quliyevi 2021-ci ilin iyul ayında fermadan kənarlaşdırır.
Olanlardan təsirlənən Samirdə qisasçılıq hissləri yaranır. Onda qisas hissləri spirtli içki qəbul etdikdən sonra aşkar şəkildə özünü büruzə verir.
2021-ci ilin iyulun 29-da o, qonşu fermaların birində yaşayan tanışı ilə yeyib-içdikdən sonra Arzunu öldürmək qərarına gəlir.
"Mən yeyib-içdim, gecə saatları idi. Arzu ilə aramda olan narazılığa son qoymaq üçün onun yanına getdim", - deyə Samir Quliyev bildirir.
Samir fermanın istirahət otağına girərkən Arzunun çarpayıda uzandığını görür, Arzu isə onu görən kimi dərhal ayağa qalxır. Bu zaman onlar arasında əlbəyaxa dava başlayır. Arzu əlinə keçən bellə Samiri vurur, Samir də cavab olaraq cibində gəzdirdiyi bıçağa əl atır və Arzuya bir neçə bıçaq zərbəsi endirir.
Məhkəmədə zərərçəkmiş şəxsin yaxınları isə ifadələrində Samir Quliyevi heyvan oğurluğunda ittiham ediblər. Onlar bildiriblər ki, Samirin fermaya gəlişindən sonra fermada heyvanların sayında azalma müşahidə edilib.
Belə ki, o, heyvanların ölməsi barədə Arzuya məlumat versə də, dərilərini ona göstərməyib.
Bu səbəbdən Arzunun Samirlə münasibətlərində gərginlik yaranıb, hətta hadisədən bir neçə gün öncə dalaşıblar.
Səbəb nə olursa-olsun, Samir Quliyevin cinayəti qəsdən adam öldürmək maddəsi ilə tövsif edilib.
Məhkəmənin hökmü o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2861 Tarix: 28 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml
12 sentyabrDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustTovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
Tovuz rayonunda silahlı insident baş verib. "Qafqazinfo" xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkd
7 avqustXaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind
15 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustArvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrİş adamının qətlinin sifarişçisi tutuldu - Azərbaycana gətirildi
Azərbaycan vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Samux Rayon Prokurorluğunda ibtidai istintaqı aparıla
13 avqustBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabr