COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHI

COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIKoronavirus gənc, qoca demədən bir çox insanın həyatına son qoydu. Bu virusdan ölənlər arasında media təmsilçiləri də var. Mətbuat şurasında verilən məlumata görə 600 -ə yaxın jurnalist koronavirusa yoluxub. Onlardan 19 nəfəri həyatını itirib.

Lent.az COVID-19-dan dünyasını dəyişən jurnalistlərin bir neçəsini təqdim edir:

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə koronavirusun qurbanı olub.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIAygün Əlizadə

25 yaşlı gənc jurnalist Nurlan Ağa 11 dekabr 2021-ci ildə Türkiyədə COVID-19-dan vəfat edib. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və Türkiyədə Atatürk universitetində təhsil alırmış.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHINurlan Ağa

53 yaşlı jurnalist Fuad Əlizadə isə dekabrın 29-da koronavirusdan dünyasını dəyişib. O, uzun illər rusdilli mətbuatda çalışıb.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIFuad Əlizadə

Ötən il dekabrın 15-də "Azeri Defence" hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIRəşad Süleymanov

İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu da ötən il iyulunda koronavirusa yoluxub. "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən jurnalist süni tənəffüs aparatına qoşulsa da, təəssüf ki, həyatını xilas eləmək mümkün olmayıb.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIƏmrah Fəqanoğlu

Bu ilin yanvarında "Trend" İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da COVID-19-un qurbanları sırasına daxil oldu.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIElxan Ələsgərov

"Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev ötən il iyulun 2-də müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIEtibar Babayev

AzTV-nin daha bir əməkdaşı, 36 yaşlı rejissor Samir Nemətzadə də ötən il iyulun 1-də koronavirusdan dünyasını dəyişib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHISamir Nemətzadə

Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillustrasiya şöbəsinin müdiri, tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan vəfat edib. Ötən ilin iyun ayında vəziyyəti ağırlaşan Fərman Bağırov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas eləmək mümkün olmayıb.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIFərman Bağırov

Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Ədəbi-dram və folklor verilişləri" Baş redaksiyasının rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan vəfat edib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIArzu Mövlud

Avqustun 27-də AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, "Avropa Nəşr Mətbu Evi"nin direktoru, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli avqustun 27-də koronavirusdan dünyasını dəyişib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIŞöhrət Səlimbəyli

Gənc jurnalist Oğuz Altay da 32 yaşında koronavirusa məğlub olan həmkarlarımızdan oldu. O, avqust ayının 28-də dünyasını dəyişib.
COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri - SİYAHIOğuz Altay

Koronavirusun qurbanı olan həmkarlarımıza Allahdan rəhmət diləyirik!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1840   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr