Kitab oxumaq vərdişini inkişaf etdirmək üçün 10 MƏSLƏHƏT
Mütaliə yaradıcı, özünü inkişaf etdirə bilən, həyata dair fərqli baxış tərzi qazanan insanları ortaya çıxarır. Kitab oxuma vərdişi qazanmaq istəyən insan ilk əvvəl bu faktı qəbul etməli və oxumağın əsl bir qazanc olduğuna inanmalıdır.
Bəs kitab oxuma vərdişi və mədəniyyətini necə əldə edə bilərik?
BiG.AZ bu suala 10 məsləhətlə cavab verməyə çalışacaq:
1) Boş vaxtlarınızda nə edirsiniz?
Boş vaxtlarınızda yarım saatlıq qısa intervallarla bloq, məqalə, qəzet, jurnal və kitab oxumaq ilk əvvəl sizin üçün kiçik bir günlük fəaliyyətə çevriləcək və oxuma vərdişinizi inkişaf etdirəcək. Daha sonralar daha böyük həcmli kitablar oxumaq istiqamətində mədəniyyətiniz yaranmağa başlayacaq.
2) Özünüzü motivasiya edin.
Bu vərdişi özünüzə qazandıra bilməyiniz üçün bəzi hədəflər müəyyənləşdirin. Məsələn, həftəlik 200 səhifə kitab oxumaq kimi özünüzə hədəflər qoyun.
3) Fərqli olun.
Kitab mədəniyyətini özünüz müəyyənləşdirin. Hamı dünya klassiklərini və ya bestseller kitablar oxuyur deyə, sizin də onları oxumağınız vacib deyil. İlk olaraq, oxuyacağınız kitabın öz zövqünüzə uyğun olmasına fikir verin. Çalışın ki, seçim etməzdən əvvəl kitab və yazarını az da olsa, araşdırın.
4) Kitab dostluqlarınız olsun.
"Mən bu vərdişi necə əldə edə bilərəm?" deyə sual verdiyinizdə bu mövzuda sizə tövsiyələr verə biləcək, oxuduqlarınızı paylaşa biləcəyiniz və fikir mübadiləsi edə biləcəyiniz kitab dostunuz olmalıdır.
5) Səsli və elektron kitablara şans verin.
Yolda gedəndə musiqiyə qulaq asırsınızsa, bir dəfə səsli kitaba qulaq asmağı sınayın. Elektron kitablar sizin xərclərinizi azaldıb, kitabları daha əlçatan edəcək. Bundan əlavə, kitabları özünüzlə daşımaq imkanınız olmayanda da, e-kitablar köməyinizə çatacaq.
6)Eyni vaxtda bir kitab oxumaq şərt deyi.
Çarpaz oxuma texnikası ilə eyni vaxtda bir neçə kitab oxuya bilərsiniz. Belə ki, eyni vaxtda fərqli janrlarda kitablara başlayırsınız, birinə həvəsiniz azalanda digərini oxuyursunuz. Bəzən bədii, bəzən də qeyri-bədii janrda kitabı oxumaq istəməyiniz çox normaldır.
7) Davamlı olaraq yanınızda kitab olsun.
Çantanızda, stolunuzun üstündə həmişə kitab olmasına diqqət edin. Belə olan halda, gündəlik qayğılarınız sizə kitab oxumağı unutdurmayacaq.
8) Bir kitabı sona çatdıra bilmirsizzsə, oxumaq vərdişindən tam əl çəkməyin.
Unutmayın ki, hansısa kitabı yarımçıq qoymaq cinayət deyil. Bəzən olur ki, bir kitaba başlayırıq, yarıda maraqlı gəlmir və sona çatdıra bilmirik. Bu, maraqsız filmi yarıda söndürməyə bənzəyir. Belə olanda həmin kitaba yenidən həvəsinizin yaranmasını gözləmək əvəzinə, sadəcə yeni kitaba başlayın.
9) Oxumaq üçün xüsusi ab-hava yaradın.
Kitab oxumaq üçün otaqda xüsusi qüşə ayıra bilərsiniz. Yaxud təbiətə çıxıb təmiz havada oxuya bilərsiniz.
10) Bəhanələrlə vaxt itirmək yerinə, o vaxtı kitab oxumağa ayırın.
Böyük uğurların önündəki ən böyük maneələrdən biri də oxuma vərdişini qazana bilməməkdir. İndi bəhanələrlə bağlı bütün düşüncələrinizin üzərinə yeni bir ağ səhifə çəkin və sabah nə oxuyacağınıza qərar verin.
Xoş mütaliələr! :)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...