Aqil Abbas tələbələrlə bağlı deyilənlərə AYDINLIQ GƏTİRDİ

Aqil Abbas tələbələrlə bağlı deyilənlərə AYDINLIQ GƏTİRDİBir neçə gün əvvəl Milli Məclisin deputatı Aqil Abbasın Parlamentdə çıxışı zamanı tələbələrin işləməsi haqqında bildirdiyi fikir müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu barədə xoşagəlməz fikirlər yazılıb.

Məsələilə bağlı Sonxeber.az saytı deputat Aqil Abbasın fikrini öyrənmək üçün onun özü ilə əlaqə saxlayıb.

O, əslində söhbətin təqdim edildiyi tərzdə olmadığını və konteksdən çıxarıldığını bildirib:

"Saytda yazılanlara deyil, mənim parlamentdə çıxışıma baxın, görün, nəyi necə demişəm. Bəziləri xəbəri özlərinə sərf etdiyi kimi yazırlar: istədikləri yeri kəsir, montaj edir, sözün əvvəlini paylaşır, ardını yazmır və göstərmirlər. Siz özünüz diqqətlə izləyin, görün, nəyi necə demişəm.

Mən "tələbə inşaat dəstələri" demişəm, oxuyub görürəm ki, guya tələbələrin mina təmizləmələrini istəmişəm. 5 il bundan əvvəl olan çıxışlarımı tapıb, oradan nəyisə götürüb, kəsib paylaşırlar.

Bu kimdirsə, belə videoları təkrar-təkrar paylaşır ki, rəy çox gəlsin, söyüşlər yazılsın.

Sözüm isə o idi ki, tələbələr iki ay bekar qalır. Həmin o tələbə gedib Qarabağı tikə bilər və 1000AZN, bəlkə də daha çox maaş ala bilər. Bu da onun həm özünə, həm də ailəsinə kömək olar.

Mən deyirəm ki, 250-300AZN maaş azdır. Şirkətlərdə azı 500-600 AZN maaş alacaqlar. Onlar adətən tələbə inşaat dəstəsində muzdlu sayılır və gördükləri işin müqabilində maaş alırlar. Mən bunları demişəm.

Tələbə inşaat dəstələri də SSRİ vaxtından qalıb. Oxumaq da o dövrdən qalıb, o zaman bağca və məktəbləri bağlayaq? Bunu Azərbaycan kəşf eləmişdi. Bizim uşaqlar SSRİ vaxtı tikintidə işləyirdilər. İndi də onlar azı iki ay işci qüvvəsi kimi Qarabağda könüllü işləyə və bununla ailələrinə dəstək ola bilərlər.

Axı biz "Qarabağa qayıdış" deyirik, oraları tez tikib abadlaşdırmaq istəyirik, doğma torpaqlarımıza getməyi düşünürik.

Mən özüm də 3-cü kursa keçən zaman inşaatda könüllü işləmişəm.

Amma indi yayda kitabxanalarda tələbə görmək mümkündürmü? Yox. Çoxu evdə işsiz oturur. Niyə gedib işləməsinlər?

Ağdam "yüz minlik" şəhər olacaq. İşləsələr, hətta oradan ev də ala bilərlər. Ağdamda, Füzulidə, Zəngilanda, digər şəhərlərimizdə də gələcəkdə yaşayıb, ailə qura bilərlər.

Öz torpaqlarımızdır. Orada zamanında özləri üçün şərait qursunlar. Lap elə qarabağlılarımız olsun.

Bəziləri "özü, oğulları gedib işləsinlər" kimi şərhlər yazırlar. Oğlum da gedib işləyəcək. Düzdür, övladlarım tələbə deyil, böyükdürlər. Amma zamanı gələndə gedib işləyəcəklər. Niyə işləmirlər ki? Özüm də icazə alıb, evimi orada tikəcəyəm. Övladlarımla, qohumlarımla gedib öz işimi özüm görəcəyəm.

Digər tərəfdən, "mina təmizləmək", "minaya düşəcəklər" kimi ifadələrdən istifadə edirlər. Əvvəla, mina təmizləməyə hətta hərbçilərimizə icazə verilmir. Xüsusi minatəmizləyən qurum (ANAMA) və FHN işçiləri bu işlə məşğuldurlar. Tələbəyə mina təmizlətəcəklər? Elə deyil!

Özüm Ağdamda şəhəri gəzmişəm, oxuduğum məktəbə kimi getmişəm. Oralarda mina yoxdur. Mina olsa tikinti aparan ustalar, fəhlələr minaya düşməzdilərmi?"

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6499   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr