"Ermənistan rəhbərliyi cənab Prezidentin dünənki müraciətini diqqətlə dinləyib, nəticə çıxarmalıdır" - Emil Əkbərov
Cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi bayram sevincimizi daha da artırmaqla yanaşı, həm də sözlə ifadə edilə bilməyəcək qədər qürur hissi yaşatdı".
Bu sözləri Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.
O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin xalqa artıq ənənə halını alan bayram təbrikini bu il də hər birimiz qürur hissi ilə izlədik:
"Çünki bu il cənab Prezident İlham Əliyev təkcə dövlət başçısı kimi yox, həm də qalib ordunun güclü Ali Baş Komandanı kimi xalqımıza müraciət edərək bayram münasibətilə təbrik etdi. Fikrimcə, cənab Prezidentin builki bayram təbriki xalqımızın yaddaşında hələ uzun müddət qalacaq. Dövlət başçısının müraciəti, həmçinin, düşmənə və onun havadarlarına birbaşa məsaj idi. Hesab edirəm ki, Ermənistan rəhbərliyi cənab Prezidentin dünənki müraciətini diqqətlə dinləyib, nəticə çıxarmalıdır. Eləcə də onun havadarları".
Emil Akbarov 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə bağlı keçirdiyi qürur və sevinc hisslərini də bölüşüb:
"2022-ci ilin "Şuşa ili" elan edilməsi bu şəhərin Qafqazın cənnətinə çevriləcəyi ilə bağlı fikirləri bir daha təsdiq edir. Şuşa şəhəri tək orda doğulanların deyil, hər birimizin Vətənidir. 30 il ərzində hər bir azərbaycanlı səbirsizliklə Şuşanın, eləcə də digər rayon və şəhərlərimizin işğaldan azad olunmasını gözləyib. Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan ordusu illərlə çəkdiyimiz Vətən həsrətimizə son qoyaraq bizi cənnətimizə, Şuşamıza qovuşdurdu.
2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Məncə, bu gün hər bir azərbaycanlı bu bayramı səbirsizliklə gözləyir. Əminəm ki, qısa müddətdə biz Şuşanı yenidən Qafqazın cənnətinə çevirərək bu əlamətdar günü möhtəşəm surətdə qeyd edəcəyik.
Bu gün, qalib ölkənin vətəndaşı kimi, ikiqat bayram sevincini bizə yaşadan Ali Baş Komandana, ərazi bütövlüyümüz uğrunda canından, sağlamlığından keçən şəhid və qazilərimizə təşəkkür edirəm! Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6445 Tarix: 01 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabr