Bakıda vəzifəli şəxsdən sevdiyi qadına qarşı ŞOK ƏMƏLLƏR - Küçənin ortasında...

Bakıda vəzifəli şəxsdən sevdiyi qadına qarşı ŞOK ƏMƏLLƏR - Küçənin ortasında...Bakıda qadını küçədə döyən, üzərindən soyuq silah tapılan 1993-cü il təvəllüdlü Əli Muradov (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə), və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, ali təhsilli olan Əli Binəqədi rayon icra və probasiya şöbəsində işləyib və boşanma prosesindən sonra icra işi ilə əlaqədar Nuranə (şərti) adlı qadınla tanış olub. Qadının boşandığını bilən və onunla isti münasibət quran məmur daha sonra ondan pul alıb. Lakin bir müddət sonra Nuranə Əlinin rəftarından bezərək ondan uzaqlaşıb. Bundan əsəbiləşən Əli Nuranəni Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində azyaşlı oğlu və anası ilə birlikdə 286 saylı məktəbin qarşısından keçərkən tutub. O, Nuranəyə zərbələr endirirək onu küçədə doğmalarının gözü qarşısında döyüb. Bu hadisədən sonra qorxu keçərin qadın polisə müraciət etməyə çəkinib. Daha sonra üzərindən soyuq silah tapılan Əli saxlanılıb və onun xuliqanlıq əməli də üzə çıxıb.

Yasamal rayon Məhkəməsində ifadə verən Əli Muradov silahın ona vəfat edən atasından qaldığını deyib. Nuranə ilə icraçı olduğu vaxt tanış olduğunu, onu sevdiyini və fikrinin ciddi olduğunu deyən təqsirləndirilən şəxs çay evi götürüb işlətmək istədiyini və buna görə Nuranədən 1000 manat aldığını bildirib.

İfadə verən Nuranə Qədirova isə Əlinin onu bir neçə dəfə döydüyünü deyib. O ifadəsində bildirib:

"Əlini 2021-ci ilin yanvar ayından tanıyıram. 2015-ci ildə ailə həyatı qurmuşam və 2020-ci ilin noyabr ayında rəsmi olaraq başanmışam. Boşanma prosesindən sonra 2021-ci ilin yanvar ayında Binəqədi rayon icra şöbəsindən özünü icraçı kimi təqdim edən Əli Muradov mənə zəng vuraraq aliment ödənişinə ilə maraqlandı. Bundan sonra Əli mütəmadi olaraq mənə zəng vurdu və onunla tanışlıq münasibəti yarandı. Bir müddət sonra Əli mənə fikrinin ciddi olduğunu və ailə qurmaq istədiyini bildirdi. Mən isə cavabımda əvvəllər ailəli olduğumu və himayəmndə azyaşlı övladımın olduğunu bildirmişdim. Əli isə israrla mənimlə ailə həyatı qurmaq istədiyini bildirirdi. Hətta bir neçə dəfə Əli ilə kobud danışıb onu özümdən uzaqlaşdırmaq istəmişəm. Lakin Əlinin mənimlə mütəmadi olaraq maraqlandığını görüb, ona bir şans vermək istədim. Bundan bir müddət sonra onun normal insan olmadığını və mütəmadi olaraq yalan danışdığının şahidi oldum. Əli məndən iki günlük 1000 manat pul istəmişdi. Əli bir neçə dəfə təxmini 10 gün ardıcıl olaraq xahiş etdiyinə görə məcbur qalıb ona min manat pul vermişdim. Həmin pulu Əliyə işlədiyi yerin yaxınlığında vermişəm. Əli pulu iki günə qaytaracağını söz versə də, müxtəlif bəhanələrlə aldadıb pulunu geri qaytarmadı. Əlidən pulunu geri istədikdə o, özünü öldürəcəyini bildirdi. Bundan sonra Əli mütəmadi olaraq məndən pul istəməyə başladı. Mən isə pulumun olmadığını və ona pul verə bilməyəcəyini bildirdim. Bu səbəbdən Əli məni müxtəlif təhdidlərlə qorxutmağa başladı. Əli məni bütün qohumlarımın, həmçinin iş kollektivimin yanında biabır edəcəyini deyirdi. Ondan məni hansı yolla biabır edəcəyini soruşduqda Əli mənə məxsus "Honor" markalı mobil telefondan mənim dənizdə çəkilmiş şəkillərimi özünə göndərdiyini, onun dediklərini etməyəcəyim təqdirdə rüsvay edəcəyini bildirdi. Ona fikir vermədiyimdən dəfələrlə üstümə gələrək fiziki güc tətbiq edib. Belə ki bir neçə dəfə Əli yaşadığım evin yaxınlığında, iş yerimin yaxınlığında və avtomobilində məni döyüb. Lakin qorxduğuma görə heç bir yerə şikayət etməmişəm. Mən şikayət etmədikcə üzərimə daha çox gələrək hər gün müxtəlif formalarda məni narahat edirdi. Əli mütəmadi olaraq zəng vuraraq barəmdə rüsvayedici məlumat yayacağını bildirərək pul istəyirdi. Ona 600 manat maaş aldığımı, pul verməyə maddi imkanımın olmadığını dedikdə, Əli bunun ona aidiyətinin olmadığını deyirdi. Belə ki, mütəmadi olaraq mənim avtomobilimin, yaşadığım binanın liftində, həmçinin mənzilin giriş qapısının üzərinə mənim və özünün baş hərflərini yazaraq mənə narahatçılıq yaşadırdı. Mən dəfələrlə gecə müxtəlif üsullarla həmin yazıları silmişəm. Belə ki, sonuncu dəfə 04.07.2021-ci il tarixdə, saat 18 radələrində anam ilə oğlumu yaşadığım evin yaxınlığında bağçadan götürən zaman 286 nömrəli məktəbin qarşısında Əli qəfildən qarşımıza çıxdı. Yaxınlaşan kimi anamın və övladımın qarşısında qolumdan tutub möhkəm silkələdi və əlində olan dəmir açarla sağ qulaq nahiyəmdən bir dəfə yumruqla vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Bundan sonra mən yerdə olarkən mənim, övladımın və anamın ünvanına müxtəlif küçə söyüşləri söyərək təhqir etdi. Əlidən qorxduğuma görə bu barədə şikayət etmədim. Lakin sonuncu dəfə 11.07.2021-ci il tarixdə, saat 23 radələrində mənə məxsus avtomobilin dövlət qeydiyyat nişanlarını üzərindən açdığı barədə zəng vurub mənə məlumat verdikdə, artıq dözməyərək və bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat verdi. Lakin ərizə yazan zaman yenidən Əlinin şantajlarından və hədələrindən qorxduğuma görə onun yalnız döyməsi barədə məlumat verdim. Təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacam".

Təqsirləndirilən şəxs Nuranni sevdiyini bir daha bildirərək onu döyərkən sərxoş halda olduğunu bildirib.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesin yekununda Əli Muradov qeyd edilən maddələr üzrə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4768   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr