Yalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEO

Yalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEORasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını təsdiqləyib.

Bəs, uydurduğu yalanla sosial şəbəkələrdə müzakirə olunan Rasim Əhmədli əslində kimdir?

Sonxeber.az xəbər verir ki, "qafqazinfo" bu sual ətrafında araşdırma aparıb və bəzi məlumatları əldə edib.

Məlumat üçün bildirək ki, Əhmədli Rasim İkram oğlu 1981-ci ildə Mingəçevirdə anadan olub. O, ötən il özünü Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin Gənclər Təşkilatının sədri kimi təqdim edib. İddia edib ki, qazidir və birinci Qarabağ müharibəsində iştirak edib.

Rasimin iddiasına görə, 11 yaşında (!) könüllü olaraq birinci Qarabağ savaşında Bakı batalyonunun tərkibində döyüşlərdə iştirak edib və 1994-95-ci illərdə yaralanıb.

Rasimin yalanlarına gəlincə, bu, onun ilk belə əməli deyil. O, bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə də insanların etibarından sui-istifadə edərək bir neçə azərbaycanlıdan qazi adıyla pul yığıb. Bundan başqa, daha bir şəxsdən qazi kimi 300 manat alıb. Bir il öncə isə qazi adından istifadə edərək elektronika mağazasından 2500 manat dəyərində telefon götürərək aradan çıxıb. Bu, onun bizə bildirilən əməlləridir. Məlumata görə, Rasim Əhmədli yalanları ilə daha çox insanı aldatmağı bacarıb.

2019-cu ildə isə Rasim Əhmədli məsuliyyətə cəlb olunub. O, həmin ilin sentyabrında keçmiş arvadının üzərinə neft tökərək onu yandırmağa cəhd göstərib. Bu azmış kimi, Rasimi sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa da cəhd edib. Həmin vaxt Bakının Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Rasim Əhmədli müxtəlif vaxtlarda dörd dəfə dələduzluq maddəsi ilə də məsuliyyətə cəlb olunub.

Əvvəllər Maştağa qəsəbəsinin sakini olan Rasim, 2009-cu ildə Ü.Hacıbəyov küçəsində yerləşən körpüdən özünü atmaq istəyib. Lakin ətrafda olan şəxslərin və polis əməkdaşlarının müdaxiləsi nəticəsində onun intihar etməsinin qarşısı alınıb.

Onu da qeyd edək ki, Rasim Əhmədli bundan öncə Müdafiə Nazirliyinin də polkovnik rütbəsində dolaşıb, qurumun forması ilə məclislərə qatılıb. Vətən müharibəsindən sonra isə bir çox yerlərə Xüsusi Təyinatlı Qüvvələrin forması ilə gedir. Ümumiyyətlə, bir sıra insanları aldadan Rasim Vətən müharibəsində iştirak belə etməyib.

Yalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEOYalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEOYalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEOYalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEOYalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEOYalanı ilə gündəm olan "polkovnik" Rasim əslində kimdir? - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6274   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr