Azərbaycanın ədliyyə naziri beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilib

Azərbaycanın ədliyyə naziri beynəlxalq antikorrupsiya təşkilatının vitse-prezidenti seçilibBütün bəşəriyyəti narahat edən korrupsiyanın transmilli xarakter daşıması nəzərə alınaraq bu qlobal bəla ilə mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, korrupsiyaya qarşı mübarizə aparan qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 2006-cı ildə BMT-nin dəstəyi ilə ixtisaslaşmış beynəlxalq təşkilatın – Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) yaradılması qərara alınıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizəyə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq onun həmtəsisçilərindən biri olub.

100-dən çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının işində Azərbaycan daim fəal iştirak edir, beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə mühüm töhfələr verir. Dövlətimizin beynəlxalq nüfuzunun təzahürü olaraq ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov qurumun vitse-prezidentidir.

Ötən ilin dekabrında qurumun İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yenidən formalaşdırılması məqsədilə yeni namizədlər təsdiq edilib.
Bununla əlaqədar cari il yanvarın 5-də Assosiasiyanın videoformatda Ümumi Yığıncağı təşkil olunub. Bütün qitələrdən olan dövlətlərdən 90-dan çox nümayəndənin qatıldığı tədbirdə qurumun rəhbərliyinin seçkisi keçirilib və Honqkonqun Antikorrupsiya Komissiyasının rəhbəri təşkilatın yeni prezidenti, Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi əməli dəstək, habelə işinə verdiyi dəyərli töhfələri nəzərə alınaraq, respublikamızın ədliyyə naziri isə yenidən qurumun vitse-prezidenti seçilib.

Tədbirdə çıxış edən nazir F.Məmmədov IAACA-nın qlobal antikorrupsiya fəaliyyətində mühüm rolunu qeyd edib, bu sahədə ölkəmizin təcrübəsini bölüşərək, dövlət başçısının rəhbərliyi ilə respublikamızda korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Nazir Assosiasiyanın inkişafına bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib, IAACA-nın gələcək fəaliyyətinə dair təkliflər irəli sürüb.

Eyni zamanda, IAACA-nın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun Baş katibinin, fəxri üzv və müşavirlərin seçilməsi məsələsinə baxılıb, ölkəmizin təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub.
Elə həmin gün Assosiasiyanın yeni formalaşdırılmış İcraiyyə Komitəsinin iclası keçirilib. IAACA-nın rəhbər orqanı olan Komitədə bütün qitələrdən, o cümlədən Avropadan İtaliya, İspaniya, Fransa, Azərbaycan və s. təmsil olunur.
İclasda təşkilati və digər məsələlər müzakirə olunub, antikorrupsiya tədbirlərinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı Assosiasiya rəhbərliyinin konkret regionlar üzrə səlahiyyətləri müəyyən edilib.

20-dən çox dövləti əhatə edən Şərqi Avropa regionu ölkəmizin ədliyyə nazirinə həvalə olunub.

Qeyd edilib ki, IAACA tərəfindən konkret regionlar üzrə korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi, Assosiasiyanın bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, müsbət təcrübələrin bölüşülməsi, bu məqsədlə görüşlərin, treninqlərin və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Bununla əlaqədar iclasda müvafiq fəaliyyət planının hazırlanması qərara alınıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1104   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

"Mən səhər yeməyində təbii şor istəyirəm, süd yağının əvəzedicilərini yox!" - qida eksperti Elşən Cəfərovdan AQTA-ya ÇAĞIRIŞ

Qida eksperti və "JAFAROVAZ" YouTube kanalının müəllifi Elşən Cəfərov süd məhsullarının etiketlənməsi, bitki yağlarından istifadə və istehlakçıların düzgün məlumatlandırılması məsələsi ilə bağlı -a danışıb. Onun fikrincə, məhsulun qablaşdırılması istehlakçıda yanlış təsəvvür yaratmamalı, tərkibind

26 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - sağlam cəmiyyətin və güclü gələcəyin təməli

"Uşaqların və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyini, cəmiyyətin sağlamlığını və milli-mənəvi dəyərlərin davamlılığını müəyyən edən əsas amillərdən biridir. Çünki bu gün yetişən nəsil sabah ölkənin idarəçiliyində, iqtisadiyyatında, elmində, təhsilində, mədəniyyətində v

26 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25 oktyabr