Rusiyalı akademik 180 yaşlı azərbaycanlı qadından danışdı
İnsan 100 il yaşamalıdır.
Bunu Rusiyada Bakulev adına Milli Tibbi Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, akademik Leo Bokeriya deyib.
"150 - bilmirəm. Amma bir əsr - 100 ildir... Deməli, biz 100 il yaşamalıyıq", - deyə Bokeriya vurğulayıb.
O, söhbət əsnasında 180 yaşlı azərbaycanlı qadından da danışıb.
"Azərbaycanda 180 il yaşadığı iddia edilən qadınla bağlı məlumatlar var. Lakin ola bilsin ki, onun doğulduğu vaxt hələ dəqiq qeydlər olmayıb, ona görə də onun yaşını dəqiq müəyyən etmək mümkün deyil", - deyə akademik əlavə edib.
Məşhur kardioloq İngiltərədə olarkən Londonda düz şəhərin mərkəzində dəfn olunmuş 180 yaşlı şəxsin məzarını ziyarət etdiyini bildirib.
"Niyə orada dəfn olunub? Çünki həmin dövrdə kral vətəndaşın 180 yaşında olduğunu biləndə, onu saraya dəvət edib. Gələn uzunömürlüyə qonaqlıq verib, o yazıq da həddindən çox yeyib və bağırsaq çevrilməsindən (volvulus) ölüb. Vicdanı sızlayan kral mərhum qonağı hökmdar ailəsinin basdırıldığı kilsədə dəfn etdirib", – deyə Bokeryia bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
"WhatsApp" artıq belə görünəcək - FOTO
Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ
Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ
Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
DƏHŞƏTLİ HADİSƏ! Ata məktəb qiymətlərinə görə 9 yaşlı qızının başını mişarla kəsdi
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?