Təxribatçı Peqov bu dəfə görün hara getdi
Vətən Müharibəsi zamanı cəbhədən Azərbaycanın əleyhinə təxribat xarakterli məlumatlar yayan, "WarGonzo"nun jurnalisti Semyon Peqov Qazaxıstana gedib.
"Unikal" xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. Peqov Rusiya sülhməramlı kontingentinin təyyarəsi ilə Baykanura yola düşüb. O, Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib.
Qeyd edək ki, Semyon Peqovun Rusiya sülhməramlılarının təyyaərsi ilə Qazaxıstana getməsi sosial şəbəkənin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3180 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens və xanımı Uşa Venslə görüşüblər. "Qafqazinfo" xəbər verir ki, onlar birlikdə fotolar çəkdiriblər. Həmin fotoları təqdim edirik:
11 fevralƏrini Bakı aeroportunda buna görə öpübmüş - Video
Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin xanımı ilə Bakı aeroportunda çəkilən fotosu gündəm olub. "Qafqazinfo"nun məlumatına görə, həmin səmimi anların səbəbi bəlli olub. Belə ki, rəsmi qarşılanmadan sonra avtomobilinə tərəf gedən Vens həyat yoldaşı ilə ayrı-ayrı xidmət
11 fevralİlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi v
11 fevralPrezidentdən Tahir Budaqovla bağlı İKİ SƏRƏNCAM
Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Prezidentin digər Sərəcamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
9 fevral