Sülhməramlılar nə vaxtadək qalacaqlar? - Esen Usubəliyevdən AÇIQLAMA
Son günlər Qazaxıstanda xoşagəlməz hadisələrin şahidi olduq. Ölkə vətəndaşları ilk günlər qazın qiymətinin artması ilə bağlı etiraz etsələr də, sonradan daha çox qəzəblənərək ölkəyə müxtəlif yollarla ziyan vurmağa başladılar. Ölkə başçısı Kasım-Jomart-Tokayev baş verənlərin qarşısını ala bilmədiyini gördükdə, qonşu ölkə Rusiya ilə yanaşı, Qırğızıstan və Ermənistandan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrini Qazaxıstana dəvət edib.
Bəs KTMT sülhməramlıları nə vaxta kimi Qazaxıstanda qalmağa davam edəcəklər?
Məsələ ilə bağlı Sonxeber.az-a Qırğızıstanın "Prudent Solutions" analitik mərkəzinin direktoru Esen Usubəliyev açıqlama verib.
O, sülhməramlıların Qazaxstanda neçə müddət qalacaqları barədə dəqiq məlumatının olmadığını bildirib:
"Qazax hökuməti ölkədə vəziyyətin stabilləşdiyinə dair qərara gəlməyincə sülhməramlıların orada qalacağını düşünürəm.
Özüm Qazaxıstanda yaşamadığım üçün sizə başqa fərziyyələr deyə bilmərəm. Mən yalnız təxmin edə bilərəm.
Ümumiyyətlə, Qazaxıstanın qanuni hökumətinin öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi bütün qərarlar barədə düz və ya səhv olduğunu deyə bimərik. Görünən odur ki, başda K.J.Tokayev olmaqla, Qazaxıstan rəhbərliyi sülhməramlıları cəlb etməyin zəruri olduğunu hesab edib.
Həmin dövrdə, çox güman ki, rəhbərlik güc strukturlarının prezidentə tam tabe olmayacaqları ehtimalını verib.
Prezidentin həmin qərarı müsbət nəticələr verirsə, bu, artıq atılan addımın düzgün olduğunun göstəricisidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2179 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr