"Şəhid olsam, oğluma velosiped alın" deyən Ülvü Hüseynovun xatirəsi əbədiləşdirildi - FOTO-VİDEO
44 günlük Vətən müharibəsində bizə öz canı bahasına qələbə bəxş edənlərdən biri də Hüseynov Ülvü Möhsün oğludur.
Sonxeber.az xəbər verir ki, bu gün onun adına bulağın açılışı olub.
Döyüş yoldaşlarına "Şəhid olsam, mənim adımdan oğluma velosiped alarsınız" deyərək hər kəsi kövrəldən bu qəhrəmanımız 16 aprel 1988-ci il tarixində Ordubad rayonu Sabirkənd kəndində kasıb bir ailədə dünyaya gəlib.
Ülvü 8-ci sinifə qədər həmin kəndin M.Ə.Rəsulzadə adına 11 illik məktəbində oxuyub. 8-ci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi liseyə daxil olub, oranı bitirdikdən sonra isə H.Əliyev adına Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olaraq leytenant rütbəsi alıb.
Ali Hərbi Məktəbi bitirdikdən sonra Tərtər rayonunun düşmənlə təmas xəttində yerləşən "N" saylı Hərbi hissəsində əvvəlcə bölük komandiri, sonra tağım komandiri vəzifəsində xidmətini şərəflə yerinə yetirib.
Xidməti dövründə həmişə düşmənlə üz-üzə olan hərbi hissələrdə xidmət edib, aprel döyüşlərində fəal iştirak edərək yaralanıb və ən sonda Beyləqan rayonu ərazisində yerləşən hərbi hissədə taborun qərargah rəisi, 2-ci Qarabağ müharibəsində isə tabor komandiri vəzifəsində işləyib.
Qəhrəman komandirin döyüş yolu Füzuli, Zəngilan, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa rayonlarından keçib və 2020-ci ilin noyabr ayının 7-də o, Şuşa şəhərinin azad olunması uğrunda döyüşərkən düşmənin snayper atəşinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Şəhid komandir Ülvü Hüseynov şərəfli xidmət illərində müxtəlif medallarla təltif olunub, Vətən müharibəsində isə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Hadrutun azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Şücayətə görə", "Vətənə xidmətə görə" medalları və "Qarabağ" ordeninə layiq görülüb.
Şəhid komandirin Vətənə əmanət qoyduğu Nihat adlı yadigar bir oğlu vardır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.





ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2679 Tarix: 18 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabr"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın
25 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabr