Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqlayıb
"Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub".
"Report"un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Səmədov "Qardaşyana cavab ver" yutub kanalına müsahibəsində Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsi barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi bildirib ki, Rusiya yığması ilə böyük turnirlərlərdə iştirak etmək şansı yüksək olduğundan bu addımı atıb: "Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. 15 və ya 20 yaşımda gedib Azərbaycan milli komandasında oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu".
Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında UEFA Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq".
Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib: "Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən. Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir. Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm".
2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb: "Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinəbələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 12 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1718 Tarix: 16 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib
Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib
23 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb
Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF
23 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr