"Mahir lazımsız verilişlərə qonaq olur" - Atası

"Mahir lazımsız verilişlərə qonaq olur" - AtasıAzərbaycan millisinin və "Legiya"nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov "Futbol+"a müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, o, müsahibəsində oğlunun son zamanlar şou verilişlərində qonaq olmasından, "Legiya" ilə yaşadığı problemlərdən söz açıb:

"Mən oğlumun yerində olsaydım, bir Mədətov kimi özümü sübut etməyə çalışardım. İndi Mahirdən çoxları xaricdə ölkəmizi layiqincə təmsil etməyi tələb edir. Rusların bir sözü var: "çətin vaxtlarda sınmaq lazım deyil". 1941-45-ci illərdə Stalinin sözünə görə ölümə gedənlər var idi. İndi elə olmaq lazımdı. Qorxub qaçmaq lazım deyil. Fikrimcə, Mahir nədənsə qorxub, qaça bilməz. Sadəcə, onu kimsə yönəldir. Amma başa düşmür ki, bu, düz deyil. Sadəcə, deyirəm ki, Polşaya gedib, özünü sübut etməlidir. Təmiz azərbaycanlısansa, damarlarında bizim xalqın qanı axırsa, özünü sübut etməlisən. Çünki biz elə millətik ki, dünyanın harasına getsək də, sübut edəcəyik ki, azərbaycanlıyıq. Mahirlə danışmamışam. Yalandan niyə deyim? Həmişə biz öz böyüklərimizlə əlaqə saxlamışıq. Amma bilmirəm, onunla kim maraqlanır, nə edir? Mən nə istəyərəm? Mahir uğur qazansın. Yaxşı futbolçu olsun. Bizim aramız yaxşı olanda mən Mahiri elə reklam etmirdim. Heç məsləhət də görmürdüm. İndi son vaxtlar görürsüz də nələr baş verir. Yemək proqramına gedir, lazımsız maqazin verilişlərində qonaq olur.

Sizə bir maraqlı məlumat verim. Vaxtilə Mahir qollar vuranda mən bu verilişləri aparanlardan xahiş etmişəm ki, dəstək olsunlar. Hansı ki, "Qarabağ"da çıxış edirdi. "97" nömrəli formanı geyirdi. Əvvəlcə Mahir idi, sonra Mədətov yazılan formadan istifadə edirdi. Onda mən bu insanlara qolun videosunu göndərirdim ki, zəhmət olmasa, paylaşın. Amma heç kim dəstək olmurdu. İndi populyar olandan sonra qonaq çağırırlar. Elə fəxrlə adını çəkirlər. Həmin adamlar mənim Bodrumdakı evimdə qonaq olub, sağlığıma tost deyirdilər. İndi heç biri xatırlamır? Mən istəmirdim onsuz da oğlum o qədər reklam olsun. Amma həmin adamlar indi verlişlərə çağırırlar. Bilirsiz, niyə? Çünki Mahir reytinq gətirir. Onlar oğlumu yox, öz verilişlərini düşünürlər. İndi Mahir 6 ay futbolsuz qalacaq, ya qalmayacaq - heç kimin vecinə deyil".

A. Mədətov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "mən "Legiya" ilə bağlı məsələdə məsləhət verib, Mahirin fikrini qarışdırmaq istəmirəm" açıqlamasında şərh verib: "Sizə bir şey danışmaq istəyirəm. Bir dəfə mənə zəng elədilər ki, "Qalatasaray" Mahiri transfer edib. Dedim ki, xəbərim yoxdu. Açığı, mən istəmərəm Mahir Türkiyə klubunda oynasın. Çünki bilirəm ki, axırda ehtiyat oyunçular skamyasında oturacaq. Onsuz da Azərbaycan futbolu tarixində heç bir oyunçumuz Türkiyədə parlaq oyun nümayiş etdirə bilməyib. Nə isə! Qayıdım mövzuya. Həmin vaxt jurnalistlər mənə zəng etmişdilər. Dedim ki, xəbərim yoxdu, məşqçisindən soruşun. O daha yaxşı bilər. Həmin vaxt çalışdırıcısı bildirmişdi ki, onun atasından soruşun. Çünki şou-biznes nümayəndəsidi. O, belə şeyləri daha yaxşı bilər. Amma mən əvvəlcədən demişdim ki, xəbərim yoxdu. İndi mən sual vermək istəyirəm. Məşqçinin başı nə qədər qarışıqdı ki, vaxtilə ən sevimli futbolçusu olan Mahirə məsləhət verə bilmir? Mənim müğənnilərimin, sənətçilərimin başına belə şey gəlsə, belə deyəcəm? Amma indi Mahirə əsasən "Bakı"dakı məşqçiləri dəstək olur. Türkiyədən Yüksəl hoca zəng vurmuşdu, soruşurlar, maraqlanırlar. İndi nə oldu ki, məsləhət verə bilmirlər? İdmanda elə murdar adamlar var ki, heç şou-biznes aləmində belə insanlar yoxdu".
"Mahir lazımsız verilişlərə qonaq olur" - Atası"Mahir lazımsız verilişlərə qonaq olur" - Atası


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2237   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib

Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib

23 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF

23 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

Bakıda "Formula-1" həyəcanı: Trekdən kənarda azarkeşləri nələr gözləyir? - FOTO

Bakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən -a verilən məlumata görə, bu il də "Formula-1" yarış həyəcanını trekdən kənara daşıyacaq. Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələ

23 sentyabr