Azərbaycanda bu şəxs yenidən Federasiya prezidenti seçildi – FOTO
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.
Sonxeber.az xəbər verir ki, açılış sözü ilə çıxış edən federasiyanın təsisçisi və İdarə Heyətinin sədri Taleh Həsənov yığıncağın məqsəd və məramından danışaraq gündəlikdə olan məsələlər haqqında yığıncaq iştirakçılarına məlumat verib.
Taleh Həsənov çıxışı zamanı federasiyanın prezidenti Aqil Acalova son illərdə federasiya üçün gördüyü işlərə görə dərin minnətdarlığını bildirib. O bildirib ki, Aqil Acalov ona göstərilən etimadı doğruldaraq federasiyanın dinamik inkişafı və ardıcıl uğurlar qazanması üçün əlindən gələni edib.
Daha sonra çıxış edən A.Acalov öz növbəsində ona göstərilən etimada görə T.Həsənova öz minnətdarlığını bildirərək bundan sonra da federasiyanın inkişafı üçün çalışacağını deyib.
Yığıncaq zamanı Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının yeni İdarə Heyəti, İcra Heyəti və Tədris Komitəsi üzrə paytaxt və regionlarda yeni vəzifələrə təyinatlar olub.
Federasiyanın prezidenti vəzifəsinə Taleh Həsənov tərəfindən tək namizəd olaraq Aqil Acalov yığıncağa təklif edilib və ümumi heyət tərəfindən tam tərkibin lehinə qərarı ilə Acalov yenidən federasiyanın prezidenti seçilib.
Yığıncaq zamanı həmçinin Rüfət Həsənov federasiyanın vitse-prezidenti, Kamil Qocayev və Anar Səfərov sədr müavinləri, Rəna Səfərova baş katib postlarına təyinat alıb. Həmçinin İdarə Heyətinin bir sıra postlarına da təyinatlar olub.
Bundan əlavə, federasiyanın Bakı və Sumqayıt şəhərlərindən başqa, Gəncə, Qazax, Quba, Şamaxı kimi digər regionlarda da filialları və oradakı məsul şəxslərin adları təsdiqlənib. Həmçinin federasiya tərəfindən 2022-ci il ərzində keçiriləcək yarışların, turnirlərin və seminarların siyahısı təsdiqlənərək gündəliyə salınıb.
Sonda yığıncaq iştirakçılarına vəsiqə və sertifikatlar təqdim edilib.



ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1350 Tarix: 18 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyəli futbolçu Tolqa Kalender 25 yaşında vəfat edib
Türkiyənin "Bandırmaspor" klubunun futbolçusu Tolqa Kalender vəfat edib. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Müdafiəçi 25 yaşında həyatını itirib. T.Kalender müalicə aldığı xəstəxanada vəfat edib
23 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb
Azərbaycan I Liqasının II turunun "Karvan-Yevlax" - "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 100 manat cərimələnib. xəbər verir ki, bu barədə AFF
23 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr