Nazarbayevin ömürlük sədrliyi ləğv edildi
Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Bu barədə deputat Kanat Nurov bildirib.
Onun sözlərinə görə, konstitusiya qanunlarına QXA və Təhlükəsizlik Şurasına sədrliyin qanuni olaraq şəxsiyyətinə görə deyil, vəzifəsinə görə Qazaxıstan Respublikasının Prezidentinə məxsus olması ilə bağlı bütün zəruri düzəlişlər senata göndərilib.
Qeyd edək ki, Nazarbayev QXA rəhbərinin səlahiyyətlərini 2021-ci ildə, Təhlükəsizlik Şurasının sədri postunu isə ölkədə baş verən son kütləvi iğtişaşlar zamanı ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1474 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil
12 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyun"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyunİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyun