"Böyük sənətkar idi, amma meyiti ortada qaldı" - Yaşar Nurinin xanımı

"Böyük sənətkar idi, amma meyiti ortada qaldı" - Yaşar Nurinin xanımı"Novruz Qartalın ölümündən sonra onun haqqında xəbərləri oxudum və çox ağladım..."

Sonxeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. Həyat yoldaşının həmkarının çətin durumundan danışan Rəhimə xanım təəssüf hissi keçirdiyini bildirib:

"Novruz Qartal sənətkar idi. Hər adama sənətkar deməzlər, o, illərini sənətə həsr etmişdi və bu ada layiq idi. İndi 5-10 gün əvvəl səhnəyə gələn adamlara sənətkar deyilir, onlar sənətkar deyillər, hələ təzə cücərirlər. Sənətkar olmaq üçün illərini, ömrünü bu sahəyə həsr etməlisən. Bu gün kimsə efirə çıxır 5-10 ildir səhnədədir, aparıcı onu "sənətkar" kimi təqdim edir. Elə bil başıma qaynar su tökürlər, utanıram o sözdən. 23-24 yaşı var hansı sənətkardan söhbət gedə bilər?! Novruz Qartalın ölümündən sonra onun haqqında xəbərləri oxudum və çox ağladım. Açığı, mən bu barədə danışmaq, fikir bildirmək istəmirdim, amma onun durumu məni o qədər sarsıtdı ki, danışmağa razı oldum. Haqqında oxuyanda ağladım ki, axı niyə belə oldu? Vaxtilə dövlət bütün aktyorlara ev vermişdi, necə olub ki, Novruz Qartal kənarda qalıb anlamıram. Ölümündən sonra bilmişəm ki, o cür sənətkarın evi olmayıb, kirayədə yaşayıb. Yəqin ki, xarakteri o cür olub, heç kəsin gözünə girmək istəməyib, sakit təbiətli insan olub, özünə sığışdırmayıb yaxud da arxasında adamı olmayıb..."

Mərhum aktrisa Nuriyyə Əhmədovanı xatırlayan Rəhimə xanım çətin vəziyyətdə yaşamış və dünyadan köçmüş sənətkarların kifayət qədər olduğunu qeyd edib:

"Bu cür səbəblər çoxdur, bilirsiniz, şans tamamilə başqa şeydir. Mərhum aktrisa Nuriyyə Əhmədova da eyni vəziyyətdə idi. Mən bir dəfə yolda Nuriyyə xanımla qarşılaşdım, gördüm fikri yaman dağınıqdır. Dedim, ay Nuriyyə xanım, niyə belə fikirlisiniz? Evə gedirsiniz? Qayıtdı ki, "Mənim evim var? Burada rəfiqəmgildə qalıram". Özünə bildirmədim, mənim gözlərim yaşardı.

Bunu demək nə dərəcədə düzgündür bilmirəm, amma bir xatirəni danışmaq istəyirəm. O vaxt Yaşar sağ olanda bizə zəng vurdu, borc pul istədi. Yaşar gəlib dedi ki, onun maddi durumu çox çətindir, ailəsində də problem var, mən də dedim ki, bunun söhbəti belə ola bilməz, mütləq yardım etməliyik. Həmin məbləği verdik, sonradan borcu qaytarmaq istəyəndə götürmədik. Bizim ixtiyarımız yox idi ki, ondan pul götürək. Nuriyyə xanım da Novruz Qartal kimi şanssız sənətçi olub. Belə çıxır ki, sənətçilər dəyər görsün deyə gərək kimisə cırmaqlasın, qəddar olsun, yaxud vəzifədə tanışı olsun. İndiyə qədər özümü bağışlaya bilmirəm ki, axı niyə Novruz Qartal kimi sənətçi bu vəziyyətdə dünyasını dəyişməli idi. Yaşar Nurinin hər şeyi olub. Dövrünün yaşayış tərzi, sevgisi, hörməti yüksək səviyyədə olub. Yaşar Nuriyə qarşı münasibət tam fərqli olub, bəzisi ona Eloğlu, bəzisi sənətin generalı deyirdi. Lakin bütün sənətçilər belə olmayıb. Novruz Qartala vaxtında ev verilməli idi. Axırda öldü getdi, nə ev verdilər nə bir şey. Vəziyyət acınacaqlı oldu, evin sahibi dedi ki, mən istəmirəm evimdən meyit çıxsın, nəşi ortada qaldı. Axı bu insandır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3373   Tarix: 20 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr