Azərbaycanda bəzi adların qoyulması qadağan edilə bilər
"Azərbaycanda adların qoyulması məsələsi tənzimlənə bilər".
Sonxeber.az xəbər verir ki, bunu APA-ya müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.
O bildirib ki, problemin günahı əsasən nikah şöbələrindədir: "Ad qoyulanda zəng vurub adın mənasını soruşub öyrənsinlər. Valideynlər necə gəldi ad qoyur. Bu, gələcəyə təsirini göstərəcək. İndi hiss etmirlər. Nikah şöbələrində oturan bəzi şəxslərin də səviyyəsi imkan vermir ki, belə halların qarşısı alınsın. Bu, bizim genofondumuza böyük ziyan vuracaq".
N.Məmmədli qeyd edib ki, bəzi adların qoyulması qadağan oluna bilər: "Bununla bağlı kitab hazırlayacağıq. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələri ilə müqavilə bağlamağa çalışacağıq. Ən çox problemlər ərəb, fars adları ilə bağlı olur. Bəzən həmin xalqların nümayəndələri özləri də gülür ki, biz bu adı əşyaya, quşa veririk, siz bunları insanlara ad kimi qoyursunuz.
Bəzən ailədəki digər şəxsin adına uyğunluq məqsədilə, bəzən də əcnəbi dildən gələn adlar qoyulur. Bundan başqa, bir hərflə mənası başqa olan sözlər bəzən pis məna daşısa da, uşaqlara səhvən qoyulur. Ad seçəndə mənasına baxmaq lazımdır. Uşaqlara məzmunu aydın olmayan adlar qoyulur. Uşaqlar böyüyəndə, başa düşəndə bəzən onun üçün utancverici olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1553 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:
9 mayBakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır
"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri
10 mayÜmummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB+FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiraml
10 mayGəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq
Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı
10 may