Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.
Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.
Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.
Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3916 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir Azərbaycanda modul tipli məktəblərin tikilməsindən DANIŞDI
"Bu il Azərbaycanda təxminən 100-dən artıq modul tipli məktəb tikiləcək". xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O, qəzalı məktəblərdən danışarkən deyib ki, hazırda bu istiqamətlər üzrə işlər aparılır:. "Ölkədə qəzalı məktəblə
10 mayBMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır
ABŞ-İsrail və İran müharibəsinin doğurduğu gərginlik qlobal ərzaq qiymətlərinin son üç ildə maksimum həddə çatmasına səbəb olub. xəbər verir ki, bu məlumatı "Tasnim" agentliyi yayıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi hesabatda bildirilir ki, apreldə qlobal ərzaq qiymətlər
9 mayPensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 20
9 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 may