"Azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ərzaq təhlükəsizliyimizə töhfə olacaq"

"Azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ərzaq təhlükəsizliyimizə töhfə olacaq""Ötən il dünya iqtisadiyyatı ciddi sınaqlarla və təlatümlərlə üz-üzə qaldı. Bu proses və tendensiyalar Azərbaycana da təsirsiz ötüşmədi. Bütün bunlara baxmayaraq, bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olundu".

Sonxeber.az xəbər verir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil etdi, inflyasiyanın illik səviyyəsi isə 12% oldu:

"Qeyd etmək lazımdır ki, son illər qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmaya aparan əsas səbəblərdir. Müxtəlif beynəlxalq qurumlar tərəfindən səsləndirilən rəqəmlər bu fikri bir daha təsdiq edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Nəticədə dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəldi. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşdi və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri daha da artdı. Bu səbəbdən qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

Onu da nəzərə almaq lazımdır ki, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq, idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb. Bu proses, öz növbəsində, ölkəmizdəki qiymətlərə də ciddi təsir edib.

Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirildi. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadıldı, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrıldı.

Onu da qeyd etmək lazımdır ki, bu kompleks tədbirlərə baxmayaraq, buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin idi, nəticədə unun və çörəyin qiyməti artdı.

Amma hökumət süni qiymət artımına imkan verməmək üçün bir sıra mühüm qabaqlayıcı tədbirlər gördü. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini daha da gücləndirdi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparıldı, bahalaşmanı nəzərə alaraq, ölkənin ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirildi.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ərzaq təhlükəsizliyiə töhfə olacaq, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək.

Artıq haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi barədə ciddi tapşırıq verilib. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.

İqtisadi sahədə həyata keçirilən tədbirlər söyləməyə əsas verir ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizin iqtisadiyyatına mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsullarının qiymətlərinin artmasının qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1303   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:

9 may
.

Bakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri

10 may
.

Prezident İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu n

10 may
.

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixind

10 may
.

Prezident: "Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

"Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyin

10 may
.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB+FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiraml

10 may
.

Prezidentin sosial şəbəkə hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

10 may
.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 00 ton dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95"

10 may
.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may