Hacı Zeynalabdin Tağıyev - Şərq aləminin ilk mesenatı

Hacı Zeynalabdin Tağıyev - Şərq aləminin ilk mesenatıXeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət, başqasının halına yanmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuş və bu gün də olmaqdadır. Böyük mesenatHacı Zeynalabdin Tağıyevin misilsiz əməlləri xalqımızın xatirəsinə əbədi həkk edilib. Bu böyük insan ömür boyu yorulmadan Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmişdi.
Çox kasıb ailədə böyümüş Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi olan Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, Bakı və Sumqayıtı təmiz içməli su ilə təmin edir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılıb. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyev olub.
Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə yüzlərlə azərbaycanlı gənc Rusiya və Avropaya təhsil almağa göndərilmişdi. Onlar arasında Azərbaycanın inkişaşında böyük əməkləri olan bir sıra tanınmış dövlət xadimləri, ziyalılarolmuşdur.
Hacı Zeynalabdin Tağıyev Azərbaycanda təhsilə, o cümlədən qızların təhsilinə çox böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü və maliyyəsi ilə 1898-1901-ci illərdə Bakıda ilk qızlar məktəbi açılıb.
Yanvarın 18-də böyük xeyriyyəçinin Bakıda ucaldılan abidəsinin açılışı baş tutdu. Açılışda iştirak edən Prezident İlham Əliyev qeyd etdi ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır.
"Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir".
Ölkə başçısının vurğuladığı kimi, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Çünki xeyriyyəçilik hər zaman Azərbaycan xalqına məxsus olan cəhətdir.
Heykəlin açılışı məhz 2022-ci ilin əvvəlinə təsadüf etməsi bütün xalqımız, dövlətimiz üçün uğurlu və xeyirli bir başlangıc rəmzi kimi görünür.
Mənim üçün bu ikiqat sevincdir. Birinci olaraq uzun illər çalışdığım təhsil ocağı, dövründə "Müqəddəs Nina" Qızlar Gimnaziyası adlanan binanın qurucusu məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur.
Digər bir halda qeyd etmək istərdim ki, Hacı Zeynalabdin Tağıyevin böyük kürəkəni Azərbaycanın ilk kimyaçı alimi Mövsümbəy Xanlarov olmuşdur. Bildiyiniz kimi məndə bu nəslin nümayəndəsiyəm.

Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1743   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr