Xeyirxahlıq ənənələri davam edir

Xeyirxahlıq ənənələri davam edirBir neçə gün əvvəl paytaxtımızın mədəni həyatında əlamətdar hadisə baş vermişdir. Görkəmli tarixi şəxsiyyət, Şərqin ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı keçirilmişdir. Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun müəllifi olduğu heykəlin şəhərin mərkəzində ölkə başçısı cənab İlham Əliyev tərəfindən açılışı olmuşdır.
Kasıb ailədə anadan olan və böyüyən, sonradan öz əməyi və bacarığı sayəsində zənginləşən hacı ən çox öz xeyriyyəçiliyi ilə xalqın yaddaçına həkk olub. Onun təşəbbüsü və maliyyə dəstəyi ilə o dövrdə Bakı şəhəri üçün mühüm əhəmiyyət kəsb edən Sollar su kəməri layihəsi həyata keçirilib. Həmin kəmər bu gün də fəaliyyət göstərərək Bakı və Sumqayıt şəhərlərini təmiz içməli su ilə təmin edir.
Hacı Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa etdirib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açdırıb, Bakıda tramvay xətlərinin açılmasında böyük əməyi olub. Yaratdığı sənaye müəssisələrində minlərlə insan işlə təmin edilib.
Hacı eyni zamanda şəhərin genişlənməsi və gözəlləşməsinə də öz töhfələrini verib. Xaricdən dəvət etdiyi memarlar tərəfindən Bakıda onlarla gözəl binalar tikilib ki, bu tikililərin gözəlliyi bu gün də insanı valeh edir. Hacının fəaliyyətinin böyük hissəsi Bakıda və ölkəmizdə elmin, mədəniyyətin inkişafına yönəlmişdi.
1897-ci ildə "Kaspi" qəzetinin naşirliyini alaraq bu qəzeti milliləşdirib, Həsən bəy Zərdabinin Bakıya gəlişini təmin edib. O həmçinin, "Həyat" qəzeti, "Fyüzat" jurnalı kimi mətbuat incilərimizi maliyyələşdirməklə ölkədə milli mətbuatın inkişafına böyük dəstək verib.
Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdı. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Abidənin açılış mərasimində ölkə başçısı bu məqamı xüsusilə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, həmin o tələbələrin arasında babası Əziz Əliyev də olub.
Hacı Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirib. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.
Bu gün Müstəqil Azərbaycanımızda xeyriyyəçilik ənənələri davam etdirilir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.
Hazırda Heydər Əliyev Fondunun qarşısında yeni vəzifələr durur. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Fuad Heydər – YAP Səbail Rayon Təşkilatının əməkdaşı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 877   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr