Mikrofonun açıq olduğunu unudan Bayden canlı yayımda jurnalisti söydü - VİDEO
Mikrofonunun açıq olduğundan xəbərsiz olan ABŞ Prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verməyə çalışan "Fox News" telekanalının müxbirini söyüb.
İnsident dövlət başçısının Ağ Evdə iqtisadi müşavirləri ilə görüşündə baş verib.
Bildirilir ki, dövlət başçısının və administrasiya üzvlərinin giriş nitqindən sonra mətbuat nümayəndələrindən zalı tərk etməsi tələb olunub, ancaq jurnalistlər suallarına davam ediblər. Həmin müxbirlərdən biri Bayden və onun siyasətini tənqid etməsi ilə tanınan Piter Dusi olub. Bayden əvvəlcə "Fox News" müxbirinin sözlərini "dəyərli bir müşahidə" kimi qeyd edib, sonra isə az qala dodaqlarını tərpətmədən və media nümayəndəsinə baxmadan əlavə edib: "Nə axmaq..."/Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1681 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30 oktyabr"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
30 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabr