Generalın daha bir əmlakı üzə çıxdı: 10 milyon manat dəyəri var – FOTO
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Xaçmazda fəaliyyət göstərən "Çoban Bulaq" İstirahət Mərkəzində də generalın payı var. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.
Aybəniz Şıxəliyeva
"Çoban Bulaq" İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində "Çoban Bulaq" MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.
Elgün Şıxəliyev
"Çoban Bulaq" İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 "besedka" fəaliyyət göstərir.
Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda bu obyektə baxış keçiriləcək. Mövlam Şıxəliyevin digər əmlakları kimi, "Çoban Bulaq" İstirahət Mərkəzinin də üzərinə həbs qoyulacağı güman edilir.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyev də MTN-nin digər vəzifəli şəxslərinin cinayət işinə baxılır.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3420 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabr