Bu gün yazıçı, satirik, dramaturq Xeyrəddin Qocanın doğum günüdür
Hər zaman fəxr etdiyim, qurur duyduğum cəsarətli, yüksək insani keyfiyyətlərə malik, məğrur insan Xeyrəddin Qoca, çətin və məsuliyyətli peşə olan jurnalistika fəaliyyəti ilə məşğul olduğunuz illərdə, paxıllığınızı çəkən, ölkəni fəlakətə sürükləyən bəzi qüvvələr tərəfindən hədələnməyinizə və təzyiqlərə məruz qalmağınıza baxmayaraq ulu öndər Heydər Əliyevə olan xalq sevgisinin qarşısını almaq istəyənlərə və ölkəmizin ictimai-siyasi sabitliyini pozmaq arzusunda olanlara qarşı savaş açaraq cəsarətli yazılarınızla, məğrur və əzimkar duruşunzla xalqın rəğbətini qazana bildiniz.
Dövlətimiz, xalqımız üçün etdiyiniz fədakarlıqları qiymətləndirən ulu öndər Heydər Əliyev yüksək etimad göstərərək Sizə önəmli vəzifələr tapşırdı və bu vəzifələrin öhdəsindən layiqincə gələrək hər birimizə nümunə oldunuz. Yazıçı kimi şərəfli bir peşənin sahibi olaraq bütövlükdə Azərbaycanda nüfuzlu, ziyalı, yüksək əxlaqi keyfiyyətlərə malik vətəndaş kimi ad-san qazanmısınız. Müəllifi olduğunuz "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar", "Gərək yazam", "Hərənin öz payı", "Pyeslər", "Bu da belə həyatdır..." , Türkiyədə çıxan "Biz-bizə bənzərik...", "Yazdıqlarım...Yazı- lanlar", həyat və yaradıcılığınıza həsr olunmuş "Xeyrəddin Qoca", "Ömür belə keçir", "Xeyrəddin Qocanın gülüşü", "Həyati proseslərin axarında.."adlı kitablarınızdakı yazılarınızla üzümüzdə təbəssümlə bərabər, təsəvvürümüzdə cəmiyyətdə olan əyər-əskiklər barədə fikir yaratmağı bacardınız. Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinizə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə laiq görülməyiniz və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilməyiniz nə qədər güclü və dəyərli şəxsiyyət olduğunuzun göstəricisidir.
Siz bizim üçün dəyişilməz xarakterli, cəsarətli, böyük hörmət bəslədiyimiz geniş qəlbli bir insan və hər zaman dərs alacağımız böyük bir məktəbsiniz. Keçdiyiniz həyat yolundan və təcrübələrinizdən öyrənəcəyimiz çox şey var. Hörmətli və dəyərli əmim Xeyrəddin Qoca, Sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik və yaradıcılıq fəaliyyətinizdə uğurlar arzulayıram. Şəxsən öz adımdan və ailəmiz adından çətin anlarımızda yanımızda olub, dayağımız olduğunuz və qazandığımız hər bir uğur üçün Sizə minnətdarlığımı bildirirəm. Dəstəyiniz və məsləhətləriniz bizim üçün hər zaman dəyərlidir.
Tural Qoca
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1092 Tarix: 29 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrPensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrSovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr