ABŞ-da Baydenə sui-qəsd hazırlayan şəxs həbs edilib
ABŞ-da prezident Co Baydeni öldürməklə hədələməkdə ittiham edilən şəxs saxlanılıb.
Bu barədə məhkəmə sənədlərində bildirilib.
Məlumata görə, saxlanılan Skott Merriman Tanrının ona Vaşinqtona getməyi və "millətin ürəyindəki ilanın başını kəsməyi" əmr etdiyini deyib.
Bundan əvvəl Kanzas polisi Məxfi Xidmətə müraciət edərək, bir nəfərin onlara qəribə zəngi barədə məlumat verib. Hüquq mühafizəçilərin sözlərinə görə, zəng edən şəxs prezidenti görmək, ona insanların ölkədəki parçalanmadan bezdiyini və buna görə Allaha müraciət etməli olduğunu demək istədiyini, buna görə Vaşinqtona yollandığını deyib.
Merriman həmçinin "Facebook" səhifəsində bir neçə hədələyici paylaşım edib.
O, Kanzasdan Merilendə gedərkən Gizli Xidmət əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində güllə ilə dolu daraq və hədəfi izləmək üçün optik boru aşkar edilib.
Merrimana qarşı cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1151 Tarix: 30 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrAvropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29 oktyabrPolşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabr