Baydenin nitqini kəsməsi taleyini həll etdi: Ağ Evin yeni sakini oldu - FOTO
ABŞ prezidenti Co Bayden pişik sahiblənib. Heyvana Uillou ləqəbi verilib.
Bu barədə ABŞ lideri özünün rəsmi "Twitter" hesabından xəbər verib.
"Bayden ailəsinə xoş gəlmisın, Uillou!", - deyə yazan Ağ Evin rəhbəri yaşıl gözlü boz-ağ zolaqlı pişiyin şəklini paylaşıma əlavə edib.
KİV-in məlumatına görə, pişiyin iki yaşı var. Məlumata görə, prezident cütlüyü heyvanı birinci xanımın məmləkəti Uillou Qrouvun şərəfinə adlandırıb.
Cill Baydenin sözçüsü Maykl Larozanın sözlərinə görə, prezident ailəsinin Uillou ilə ilk görüşü hələ 2020-ci ildə Pensilvaniyada baş tutub. Həmin vaxt pişik səhnəyə atılaraq Co Baydenin seçkiqabağı nitqini kəsmişdi.
O da qeyd olunur ki, Uillou Ağ Evdə son 13 ildə ilk pişikdir. Əvvəllər orada ABŞ-ın keçmiş prezidenti Corc Buşa məxsus "İndia" ləqəbli pişik yaşayırdı. O, 2009-cu ildə ölüb.



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2574 Tarix: 30 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrAvropa Mərkəzi Bankının rəhbəri istefa verdi
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard vəzifəsindən erkən ayrılacağını açıqlayıb. xəbər verir ki, bu barədə AMB-nin rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək. Onun səlahiyyət müddəti normal şəraitdə 2027-ci ilin oktyabrınd
29 oktyabrPolşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30 oktyabr