Prezident 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışını edib.

AZƏRTAC xəbər verir ki, bu Mərkəz ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir.

Prezident İlham Əliyev 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzini işə salıb.

"ASAN xidmət" konsepsiyasının mühüm tərkib hissələrindən biri könüllülərdir. İndiyədək prosesə 28 mindən çox könüllü gənc qoşulub. Onlar tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib. 2700-dən çox könüllü isə "ASAN kadr" portalı vasitəsilə işlə təmin olunub.

Yarandığı ilk gündən ASAN vətəndaş məmnunluğu əmsalına görə fərqlənib. İndiyədək mərkəzlərə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Vətəndaşların məmnunluq əmsalı isə 99,5 faizə bərabərdir.

Ülvi Mehdiyev: Cənab Prezident, Sizə innovasiyalarla bağlı yerli bir məhsul da təqdim etmək istəyirəm. Həyətdə quraşdırılıb, strateji obyektlər, dövlət sərhədi üçün lazım olan mühafizə skaneridir. Özünü elektrik enerjisi ilə Günəş paneli vasitəsilə qidalandırır, kamera və işığı var.

Prezident İlham Əliyev: Deməli, yaxınlaşdı, toxundu, dərhal...

Ülvi Mehdiyev: Dərhal həyəcan siqnalı və bu hansı blokda baş verdiyini göstərir.

Prezident İlham Əliyev: Orada sensorlar var?

Ülvi Mehdiyev: Bəli, sensorlar var. Deməli, bunu kəsə bilər, aralaya bilər, bloku zədələyə bilərlər. Dərhal siqnal verir. Hətta özü xarab olursa, sistemin özünə müdaxilə olursa, onda da özü çağırış verir ki, buraya müdaxilə olundu.

Növbəti innovativ yenilik – "ASAN kömək" vasitəsilə xarici ölkələrə səfər edən vətəndaşların köməyə ehtiyacı olarkən, eyni zamanda, təcili və təxliyə hallarında faydalana biləcəkləri mobil proqramdır.

"Smeta-Normativ və Qiymətqoyma" İnformasiya Sistemi vasitəsilə isə müxtəlif istiqamətlər üzrə məlumatların toplanması, təhlil edilməsi, digər əlaqəli dövlət informasiya sistemlərinə ötürülməsi və aidiyyəti qurumlar üçün hesabatlılığın təmin edilməsi mümkün olacaq.

Ülvi Mehdiyev: Cənab Prezident, bu rəqəmsal icra hakimiyyəti sistemi ilə biz həm fiziki olaraq icra hakimiyyətlərinin ASAN standartına uyğunluğunu təmin edirik, eyni zamanda, bu sistem vasitəsilə icra qurumlarının bütün xidmətlərini elektronlaşdırmışıq. Noyabr ayında istifadəyə vermişik, artıq 2437-dən çox istifadəçi yararlanıbdır.

Prezident İlham Əliyev: Burada sizdə var? Quraşdırılır?

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov: Bizim işçilər burada oturacaqlar, cənab Prezident. İcra hakimiyyətinin, Nizami, Kəpəz rayonlarının nümayəndələri burada olacaqlar.

Ülvi Mehdiyev: Pilot olaraq Gəncə, Quba və Masallıdan başlamışıq.

Prezident İlham Əliyev: Səmərəliliyi var?

Niyazi Bayramov: Olacaq, bəli.

Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır, Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir.

30 yanvar, 16:18

Prezident İlham Əliyev 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin açılışlarında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1120   Tarix: 31 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr