Ronaldonun lüks maşınlardan ibarət 20 milyonluq "Avtoparkı" - FOTO
"Mançester Yunayted" klubunun portuqaliyalı futbolçusu Kristiano Ronaldo müxtəlif maşınlardan ibarət avtoparkının çəkilişlərinə icazə verib.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, ümumi dəyəri təxminən 20 milyon avro olan müxtəlif maşınların bir hissəsini park etdiyi qarajına baxış keçirilməsinə icazə verib.
Son model lüks maşınlar dəbdəbəli dekorativ işıqlandırılmış sərin otaqda mükəmməl şəkildə sıraya düzülüblər.
Avtoparkın başında ən azı 2,4 milyon avro dəyərində "Bugatti Chiron" yerləşir.
Növbəti park edilən "Ferrari 599 GTO"-dur. Bu avtomobil 600 min avro olaraq qiymətləndirilir. Daha sonra isə siyahıda 900 min avroya "McLaren Senna" var. Kolleksiyanın bir ucunda 360 minlik "Rolls-Royce Cullinan" və 600 min avro dəyərində "Rolls-Royce Phantom Drophead" yerləşir.
Qarajın digər tərəfində 1.8 milyon avroluq "Bugatti Veyron", 240 min avroluq ağ "Mercedes-Benz S65 AMG", 264 min avroluq bir narıncı "McLaren MP4-1"-i , 324 min avroluq bir "Lamborghini Aventador" və 720 min avro dəyərində böyük bir "Gelandewagen" yerləşir.
Otağın digər hissəsində dörd avtomobil park edilib ki, bunlar gümüşü "Ferrari", "Mercedes AMG GLE 63" və gündəlik istifadə üçün başqa bir qara "Mercedes"dir. Həmçinin möhtəşəm kolleksiyanın içində "I'm Georgina" sənədli serialının ilk epizodu zamanı göstərilən "Range Rover" də yer alıb.
Ronaldo ötən ilin yayında İngiltərəyə qayıtdıqdan sonra özünü bir "Bentley Kontinental GT" ilə məhdudlaşdırmamaq üçün avtoparkına 300 min avroluq lüks "Bentley Flying Spur" əlavə edib.
Ronaldo 2020-ci ildə özünün inanılmaz kolleksiyasına 10,2 milyon avro dəyərində məhdud sayda buraxılan "Bugatti Centodieci" də əlavə edib.
Elə həmin ildə Maranelloda Ferrari şirkətinə ekskursiya zamanı o, 1.6 milyon avro dəyərində Ferrari Monza sifariş edib.
Ronaldonun dəbdəbəli avtoparkında ən ucuz avtomobillər təxminən 48 min avro dəyərində "Lamborghini Urus" və "Chevrolet Camaro"dur.




Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1366 Tarix: 03 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ" onun üçün 1 milyon ödədi
"Qarabağ" Qambiya əsilli isveçli futbolçu Zakariya Savo üçün İsveçin "Yurqorden" klubuna transfer məbləği ödəyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə saytına sözügedən klubun idman direktoru Bosse Anderson məlumat verib. O bildirib ki, Azərbaycan təmsilçisi Savo üçü
22 mayLevandovskidən AYRILIQ MESAJI: "Barselona" ilə vidalaşdı
Hücumçu Robert Levandovski mövsümün sonunda "Barselona"dan gedəcəyini bəyan edib. -ın xəbərinə görə, bu barədə Levandovski öz "Instagram" hesabında yazıb. "Çətinliklər və gərgin işlə dolu dörd ildən sonra irəliyə addım atmaq vaxtı gəlib çatdı. Mən o hisslə gedirəm ki, öz missiyam
16 mayPortuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ - FOTO
"İmişli" futbol klubunun portuqaliyalı baş məşqçisi Jorj Kaşkilya Bakıda görüntülənib. xəbər verir ki, J.Kaşkilya ötən axşam Bakı metrosundan istifadə edib. Onun bu marşrutla "Palms Sports Arena"da keçirilən Azərbaycan Kubokunun finalını ("Sabah" - "Zirə") izləməy
14 may"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu - SİYAHI
"Qarabağ"ın Avropa Liqasında qarşılaşa biləcəyi potensial rəqiblərin bir qismi artıq müəyyənləşib. xəbər verir ki, təmsilçimiz püşkatma mərasiminə üstün mövqedən qatılaraq səpələnmişlər səbətində yer alacaq. Məhz bu amil komandamıza ilk mərhələdə reytinq xallarına görə nisbətən daha zəif rəqiblərl
19 mayDÇ-2026: Ançelotti Neymarı kapitanlıqdan məhrum etdi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, hücumçu Neymar qarşıdan gələn dünya çempionatında komandanın kapitanı olmayacaq. Qaynarinfo xəbər verir ki, bu barədə "Globo" nəşri yazıb. Mənbənin məlumatına görə, italiyalı mütəxəssis Neymara həmçinin turnir üçün artıq əsas heyətl
20 mayUlduz futbolçu matç zamanı çətin anlar yaşadı
"Arsenal"ın futbolçusu Piero Hincapie "Burnley" ilə keçirilən oyunda xoşagəlməz hadisə ilə üzləşib. türk mediasına istinadən xəbər verir ki, matçın gedişində futbolçunun şortu çıxıb və o, qısa müddətlik çaşqınlıq yaşayıb. Hadisə stadionda və sosial mediada maraqlı anların yaranmasın
19 may