Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMAKoronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb.

Sonxeber.az xəbər verir ki, yoluxma sayının bu qədər kəskin artması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyini gündəmə gətirib.

Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu o deməkdir ki, 3-cü doza vaksin vurdurmayan şəxslər bir çox məkanlara daxil ola bilməyəcək.

İddialara əsasən, ölkə üzrə yoluxmanın artan tempdə davam etməsi fevralın 15-dən bəzi məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olacaq. Məhdudiyyətlərin arasında ənənəvi təhsilin distant formaya keçməsi də var.

Belə bir iddianın nə qədər əsaslı olub-olmamasını dəqiləşdirmək və mövcud durumda hansı qərarların qəbul edilməsinin doğru olacağını öyrənmək məqsədilə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Ekspert açıqlamasında qeyd etdi ki, hazırda ciddi qapanmalara getmək heç nəyi həll etməyəcək: "Çünki yoluxma intensivliyi orta yüksək həddədir. Bu dalğanı biz keçməliyik.

Fikrimcə, təhsil sahəsində hər hansı məhdudlaşdırmaya ehtiyac yoxdur. Sosial həyat dayandıqca, bu, insanların psixikasına ciddi təsir edir.

Artıq ABŞ-da ciddi qapanmalara getmək məsələsi qaldırılıb. Danimarka da oxşar qərar verib. Bugünkü vəziyyətdə insanlar qapalı mühitdə karantin qaydalarını gözləməlidir. İnfeksiyanın mənbəyi təmasdır.

Kütləvi tədbirlər, toylar, yaslarda insanların iştirakına limit qoyulmalıdır. Həmin yerlərə insanların buraxılışı yoxlanılmalıdır. Təkcə vaksin sertifikatı deyil, xəstəliyi, qızdırması və başqa xəstəliyin əlaməti olan şəxslər bu məkanlara buraxılmamalıdır. Bu istiqamətdə məhdudlaşdırıcı tədbirlər görülməlidir".

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlaması belə olub: "Bildiyiniz kimi, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu səbəbdən sorğunuzu aidiyyəti qurumlara yönləndirməyiniz məqsədəuyğundur".

(baku.ws)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6408   Tarix: 03 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr