Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət göstərilir

Azərbaycanda gənclərin inkişafına xüsusi diqqət göstərilirUlu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də möhkəm və uğurlu təməl qoyulmuşdur. Gənclərin rahat yaşaması, təhsil alması, karyera qurması, işləməsi və inkişafı üçün yaradılan bütün şəraitin kökündə Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasəti dayanır. Çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclərin gücünü düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Gənclər və İdman Nazirliyinin yaradılması, iyirmi beş il əvvəl Azərbaycan Gənclər Gününün təsis edilməsi, gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi Gənclər siyasətinin institutlaşdırılması üçün atılmış mühüm addımlar idi.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarında hər zaman gəncləri hər bir xalqın, hər bir millətin, hər bir ölkənin bu günü, sabahı və ümidi adlandırırdı. Onun təməlini qoyduu siyasi kursu bu gün Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirir. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" deyən ölkə başçımız İlham Əliyev bütün hakimiyyəti dövrü həqiqətən də biz gənclərin rifahı, xoşbəxt gələcəyi naminə çalışmış və bunun üçün bütün zəruri addımlar atılmışdır. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla "2007-ci ilin "Gənclər ili" elan olunmasına dair tədbirlər planı" təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında "Gənclər evi"nin yaradılması nəzərdə tutulmuşdur. Hazırda ölkəmizdə gənclərin hərtərəfli inkişafına xidmət edən Gənclər Karyera və İnkişaf Mərkəzlərinin 55 şəhər və rayonda nümayəndəlikləri fəaliyyət göstərir.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun qazandığı Zəfər gəncliyimizin mənəvi zirvəsidir. Azərbaycan Ordusunun sıralarında xidmət edən qəhrəman gənclərimizin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti quruculuq və bərpa işləri, yaradılan infrastruktur layihələr biz gənclərə böyük fərəh və qəti əminlik verir. Bilirik ki, bütün bu işlərin görülməsi dövlətimizin iqtisadi gücü sayəsində mümkün olur və bu bərpa-quruculuq işlərində gənclər yaxından iştirak edirlər. Buna görə də biz gənclər Prezidentimizi əmin edirik ki, hər zaman bizə güvənə bilər, biz onun ətrafında bir yumruq kimi sıx birləşərək ölkəmizin işıqlı sabahı naminə yorulmadan çalışacağıq.

Fuad Heydər – YAP Səbail Rayon təşkilatı aparatının əməkdaşı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr