Pandemiya sona çatır? - TƏBİB-dən AÇIQLAMA
Son günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir.
Sonxeber.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı həkim-infeksionist Nəzrin Mustafayevanın "publika.az"-a müsahibəsini təqdim edirik:
- Ölkədə virusa yoluxma halları 6 min nəfəri ötüb. Səhiyyə ocaqlarının bu xəstələri yerləşdirmək gücü varmı?
- Pandemiyanın ən çətin və həyəcanlı 2 ilini geridə qoymuşuq. Nə dərəcədə uğurlu olduğumuzu Avropa və digər ölkələrlə müqayisə etdiyimizdə görə bilərik. Halbuki, qəfil dünyanı cənginə alan xəstəlik hamı kimi bizi də hazırlıqsız yaxaladı. Amma bu 2 il səhiyyəmiz üçün indiyə qədər heç vaxt olmadığı qədər əhəmiyyətli bir il oldu. Bəlkə də onilliklərlə əldə oluna bilməyən inkişaf belə qısa müddətə sığışdırıldı. Bu, ölkə rəhbərliyinin məsələyə operativ və qayğı ilə yanaşmasının nəticəsidir. Bizim kifayət qədər reanimasiya yerimiz var.
- Xəstələrin ağırlaşma halları müşahidə edilirmi, reanimasiyalarda vəziyyət necədir?
- Bugünkü tarixdə reanimasiyalarda vəziyyəti qənaətbəxş hesab etmək olar. Bildirim ki, reanimasiya çarpayılarının dolma tezliyi gündəlik yoluxma sayının artma tezliyindən bir az geridə qalır. Çünki xəstələrin ağırlaşmaları, hospitalizasiya olunmaları və reanimasiyaya qədər gəlmələri zaman alan prosesdir.
Ağırlaşmalar var, müşahidə olunur, hazırda reanimasiyalarda müalicə alan xəstələrimiz çoxdur, təəssüf ki, böyük əksəriyyəti vaksin olunmamış və risk qrupunda olan vətəndaşlardır. Lakin burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni, bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik.
- Yaşanan bu halı koronavirusun son çırpınışları hesab etmək olar?
- Bu suallar hər yeni ştam, peyvənd, dərman və s. kimi önəmli hadisələr baş verdikcə jurnalistlər, vətəndaşlar tərəfindən verilir. Hələ 2020-ci ilin mart ayından "pandemiya nə zaman bitəcək?" sualının cavabı qarşısında aciz qaldığımı çox yaxşı xatırlayıram. Təəssüf ki, bu gün də bu sualın cavabı yoxdur, söylənilənlər ehtimallardır. Ştamlar zəifləsə də, peyvəndlər inkişaf etsə də, yeni müalicə üsulları kəşf olunsa da, nəticədə ağır fəsadlara və ölümə yol açan xəstəlikdən danışırıq sizinlə.
Xəstələnmə halları müşahidə olunduqca bu vəziyyəti ciddiyə almalıyıq. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə əsasən, dünyada indiyə qədər 390 minə yaxın insan xəstəliyi keçirib, qeydiyyata düşməyən şəxsləri də nəzərə alsaq, heç 1 milyarda çatmaz deyə düşünürəm.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6455 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr