Tovuzda polis Vətən müharibəsi iştirakçısına təzyiq edib? - AÇIQLAMA
Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Samir Məmmədov polislərdən şikayətçidir.
Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. İddialara görə, S.Məmmədov müharibədə olan zaman mal-qarasını avtomobil vurub və ona maddi ziyan dəyib. Bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini deyən vətəndaş, müraciətini geri çəkməsi üçün Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının təzyiqlərinə məruz qaldığını deyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Vətən Müharibəsi iştirakçısı Samir Məmmədovun Tovuz rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil və böhtan xarakterlidir:
"Məlumat üçün qeyd edim ki, 2020-ci ilin oktyabr ayında axşam saatlarında Tovuz rayon Aşağı Quşçu kəndi ərazisində Rəşad Məmmədov idarə etdiyi VAZ markalı avtomobil ilə Aşağı Quşçu kənd sakini Cahangir Paşayevə məxsus 7 baş xırda buynuzlu heyvanı vuraraq yol nəqliyyat hadisəsi törədib. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb və ekspetiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Paşayev İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) protokol tərtib edilərək 40 manat məbləğində cərimə olunub. Göründüyü kimi xırda buynuzlu heyvanlar Samir Məmmədova deyil onun qonşusu C.Paşayevə məxsusdur, əfsuslar olsun ki Vətən Müharibəsi iştirakçısı hadisədən müəyyən müddət keçdikdən sonra müraciət edərək həmin heyvanların əslin ona məxsus olduğunu və etibarnamə ilə qonşusuna verməsi kimi həqiqətə uyğun olmayan fikirlər səsləndirir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 932 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabr