Azərbaycan və beş ölkəni Britaniya xətti ilə nə birləşdirir? - AÇIQLAMA
"Avropada təhlükəsizlik ciddi təhdid qarşısındadır".
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Sonxeber.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, təhlükəsizlik qurşağını yaratmaq zəruridir:
"Rusiyanın artan ekspansiyası qarşısında ölkələr tam şəkildə boynubükük, müdafiəsiz, zəif qalıblar. Bunun müqabilində görmək olur ki, Ukraynanın Avropanın iki əsas dövləti - Fransa və Almaniya tərəfindən meydanda tək buraxılması başqa ölkələrə ciddi siqnal verdi. Məhz bu iki ölkənin enerji ehtiyatlarının müqabilində, məsələn, qaza, neftə görə Rusiyadan asılı vəziyyətə düşməsi müqabilində Ukraynanı qurban verirlər. Bu səbəbdən də dövrəyə məhz Böyük Britaniya daxil oldu.
Böyük Britaniya Avropadan böyükdür. Avropa Birliyindən çıxması məhz bu məntiqə söykənir. Çünki Avropa "okean hökmdarı" olan Böyük Britaniya və onun maraqları qarşısında çox kiçikdir. Bu səbəbdən də Çindən Böyük Britaniyaya qədər olan "Bir kəmər, bir yol" layihəsinin işə düşməsi dünyanın bu iki güclü dövlət arasında iqtisadi olaraq bölünməsini şərtləndirir.
Vətən müharibəsi də bu səbəbdən baş verdi. Ermənistan həm də buna görə cəzalandırıldı. Ötən ilin yanvar ayında Xəzər dənizində Türkmənistan-Azərbaycan dostluq yatağının üzərində razılaşmanın imzalanması da, Qazaxıstandakı proseslər də, Əfqanıstanda Taliblərin hakimiyyətə gəlməsi və s. məsələlər bunun nəticəsidir. Yəni mqyas o qədər böyükdür ki, bunun üzərində müdaxilə edən ölkələrin hamısı məğlubiyyətə düçar olmalıdır.
Meydana belə bir sual çıxır: "Bir kəmər, bir yol"un Avropa hissəsinin taleyi necə olacaq? Rusiya bu yolun əleyhinə deyil, amma bu yol üzərində çox ciddi şəkildə nəzarəti ələ keçirmək istəyir. Çünki burada külli miqdarda pul dövr edəcək. Bu gün dünyanın ticarət dövriyyəsi Aralıq dənizində dönürsə, quru dövriyyə isə "Bir kəmər-bir yol" üzərinə keçəcək.
Burada Ukrayna məsələsi meydana çıxır. Belarusiya Rusiya ilə eyni hərəkətə keçdi. KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Qazaxıstan cəzalandırıldı. Hazırda Qırğızıstan-Tacikistan qarşıdurması davam etməkdədir.
Məhz belə bir məqamda Rusiyanın artan təhlükəsi qarşısında Azərbaycanla Türkiyə arasında "Şuşa bəyənnaməsi" təsdiq olundu. Avropa qış fəsli ilə əlaqədar "donmaqdadır". Rusiya isə qaz diplomatiyası ilə bütün ölkələrə dərs verməkdədir. Ona görə də Ukraynanı, Polşanı silahla təhdid edir.
Ukrayna və Polşa isə Böyük Britaniya tərəfindən silahlandırılır. Ayrıca, Polşa NATO ölkəsidir, Avropada ABŞ-nin raketdən müdafiə sistemləri yerləşdirilib. Bütün bu səbəbdən də Azərbaycana müraciət edirlər. Azərbaycandan qaz almaq istəyən ölkələrin (Ukrayna, Macarıstan) həm də böyük Britaniya ilə müttəfiqlik səviyyəsində münasibətləri var.
Nəticə etibarı ilə, Böyük Britaniya həm bu ölkələrin hərbi baxımdan güclü olmasını istəyir, həm də onların Azərbaycan vasitəsilə İran və Tükmənistan qazını TAP, TANAP yolu ilə Avropaya çıxmasında maraqlıdır.
Nəticə etibarı ilə, bu siyasətin kökü Rusiyanın Avropanı qaz məngənəsində sıxmaqdan xilas edir, həm də həmin ölkələrin ilk növbədə enerji təhlükəsizliyini təmin etmiş olur, ikinci səviyyədə, avtomatik olaraq, hərbi təhlükəsizliyini təmin etmiş olur. Bu, özü-özlüyündə təbii bir güc mərkəzi meydana çıxarmış olur. Elə hesab edirəm ki, Britaniya rəhbərliyi ilə Polşa, Ukrayna, Macarıstan, Türkiyə, Azərbaycanın daxil olduğu yeni bir birlik inşa edilməkdədir".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı