İmişli RİH-in əməkdaşı: "Vilyam Hacıyevin qanunsuz tapşırıqlarını icra edirdim"

İmişli RİH-in əməkdaşı: "Vilyam Hacıyevin qanunsuz tapşırıqlarını icra edirdim"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Rahim Zaidov bildirib ki, İmişli RİH-in Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir.

O deyib ki, RİH-in rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirib: "Ev və torpaq almaq istəyən şəxsləri Vilyam Hacıyev yanıma yollayırdı. Mən də tapşırıqları icra edirdim. RİH mənzil komissiyasında sədr idim, evlərin verilməsi ilə bağlı işlərə nəzarət edirdim. Etiraf edirəm ki, bütün bu işlər qanunsuz olurdu. Mənzillər güzəştli şəkildə də verilirdi, pulla da verilirdi. Biz nəyəsə etiraz edə bilmirdik. Mənzil məsələsini baş mühasib həll edirdi. Torpaq və evin alınması, təyinatının dəyişdirilməsi üçün vətəndaşlara qanunsuz olaraq sənəd verirdik. Təbii ki, növbədə olanlara yox, kənar şəxslərə 3 otaqlı evi 18 minə, 2 otaqlı evi isə 10 min manata verirdik. Hətta növbədə olan adamlardan da pul alırdıq. Pul məsələsində baş mühasibin rolu böyük idi. Məbləğ isə torpağın yerinə və sahəsinə görə müəyyən edilirdi".

R.Zaidov V.Hacıyevdən əvvəl İmişli RİH-də qanunsuz halların baş vermədiyini söyləyib: "Ondan əvvəlki icra başçısı məndən belə şeylər tələb etmirdi".

Məhkəmədə elan edilib ki, şahidin məhkəmə və istintaq ifadələri arasında ziddiyətlər var. Şahidin istintaqa verdiyi ifadəsi elan olunub.

Daha sonra digər şahid Nazim Rəsulov dindirilib. O deyib ki, 2017-ci ildən İmişli RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyir: "Tikintilərin aparılması, icazələrin verilməsi məsələləri Vilyam Hacıyevin təşəbbüsü ilə icra edilirdi. 1996-ci ildən rayonda müxtəlif vəzifələrdə işləmişəm. Mən vəzifədə qalmaq üçün onun dediklərinə əməl edirdim. Vətəndaş müraciət edirdi, ərizə yazırdı ki, sahibkar kimi obyekt tikmək istəyirəm. Təbii ki, vətəndaşla təmasda baş mühasib və biz olurduq. Artıq pul məsələsini Vilyam müəllim təyin edirdi. Elə olurdu ki, o, sərəncam yazdırırdı və pulu da özü birbaşa götürürdü. Hər il rayonda abadlıq işləri görülməsi üçün ora pul ayrılırdı. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün podratçı şirkətə 4 milyon manat pul ayrılmışdı. Hazırda işlər hələ də davam edir və cəmi 3 milyon iş görülüb. İşimi itirməmək üçün "Forma-2"ləri oxumadan imzalayırdım. Pulu mən alırdım, bəzi hallarda isə mühasibatlığa verirdim".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1661   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr