"MTK komendantları "bulanıq suda balıq tuturlar" - Hüquqşünas Vüsalə Muradova

"MTK komendantları "bulanıq suda balıq tuturlar" - Hüquqşünas Vüsalə MuradovaNəzərinizə çatdırım ki, yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilmədiyi halda orada yaşamaq qəti qadağandır. Buna qanun da yol vermir. İlk qanun pozuntusu buradan başlayır.

Qanun pozuntularının zəncirvari halqası olur. Əlbətdə bir qanun pozuntusu olan yerdə digərləri də qaçılmaz olur. Belə olan halda da yeni tikilən binalarda yaşayan bina sakinləri MTK-ların müəyyən etdiyi komendantların özbaşınalığı ilə qarşılaşırlar. MTK-ların "ev pulu"nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur. Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir. Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır.
"MTK komendantları "bulanıq suda balıq tuturlar" - Hüquqşünas Vüsalə MuradovaQanunda birmənalı olaraq yazılıb ki, tikilən binalar İstismar Qəbul Komissiyasına təhvil verilməlidir, sonra mənzillərə çıxarış alınmalıdır, 1 ay müddətində Mənzil Mükiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı (MMMC) və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Daha sonra yaradılan cəmiyyət binanın idarə etmə strukturunu, yığılan "ev pulu"nun miqdarını və qanunla müəyyən edilən digər məsələləri formalaşdırmalıdır.(Məsələn Bank hesabı açıb bütün ödənişləri rəsmi almalıdır və köçürməlidir). Bu proseslərin heç biri həyata keçirilmədiyi üçün vətəndaşlar hər addımbaşı qanun pozuntusu ilə üzləşirlər. Bir sözlə, MTK komendantları "bulanıq suda balıq tuturlar".

Qaninvericilikdə kommunal xidmətlərin dayandırılmasına görə cərimələr nəzərdə tutulub?

İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinə görə, qaz, elektrik və ya istilik enerjisi xətlərini qanunsuz olaraq kəsmək, istehlakçıya yazılı bildiriş göndərmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsini dayandırmaq olmaz. Məhkəmə buna yol verən fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri 1000 manatdan 1500 manatadək, hüquqi şəxsləri isə 2500 manatdan 3500 manatadək cərimələyə bilər.

Mənzil "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna əsasən özəlləşdirilməsi nəzərdə tutulan dövlət və ya ictimai mənzil fonduna aid olduqda aşağıdakı sənədlər təqdim edilməlidir:

– ərizə;

– ərizə verən şəxsin şəxiyyətini təsdiq edən sənəd;

– mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam "olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

– mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);- icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir);

– dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Qeyd: 2009-cu il 1 oktyabr tarixindən sonra orderlərin verilməsi qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə zidd olduğu üçün həmin tarixdən sonra verilən orderlər qəbul edilmir.Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.
Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir./Yenicag.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1343   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr