Azərbaycanda ƏDV FIRILDAĞI: İnsanları aldadırlar

Azərbaycanda ƏDV FIRILDAĞI: İnsanları aldadırlarVergilər Nazirliyi tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı görülən işlər davam edir. Yeni nəsil kassa aparatları həm hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, həm də alıcılara ƏDV-nin bir hissəsini geri almasına imkan yaradır.

Artıq iki ilə yaxındır ki, istifadəyə verilən edvgerial.az saytından qeydiyyatdan keçmiş şəxslər yeni kassalardan verilən qəbzlər sayəsində ƏDV-nin bir hissəsini geri ala bilirlər. Amma bu sahədə bir çox hallarda qanunsuzluqlara yol verilir. Vətəndaşlar da bunu fırıldaq kimi qəbul edirlər.

Belə ki, əsasən, marketlərdəki yeni kassalardan verilən qəbzlərin üzərindəki fiskal kodu edvgerial.az portalında qeydiyyatdan (çekin üzərində qeyd edilən QR kodu, unikal identifikator (fiskal İD) proqram tərəfindən tapılmır) keçirə bilmirlər. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri çeklərin solğun verilməsdir.

Kassalarda verilən çeklərdə fiskal kodu görünmədikdə satıcıya şikayət bildirilir. Satıcı isə bəhanə kimi qeyd edir ki, yeni çeki çıxarmaq üçün administratoru çağırmaq lazımdır və bu da xeyli vaxt alacaq. Bir çox hallarda yaranan problem zamanı edvgerial.az portalından istifadəçiyə "Çek tapılmadı. Fiskal İD yanlışdır və ya çek məlumatları bazaya hələ əlavə edilməyib" məzmunlu cavab gəlir.

Bəzi kafe və restoranlarda isə çeklərin üzərindəki fiskal kodu kəsilərək müştəriyə təqdim edilir. Bununla da həmin çekin fiskal kodunu kafe və ya restoran əməkdaşları qeydiyyatdan keçirərək ƏDV-ni özləri üçün geri alırlar.

Lent.az məsələnin təfərrüatlarını öyrənmək üçün iqtisadçı-ekspert Rəşad Həsənovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, ƏDV sisteminin operativliyinin az olması insan auditoriyasını aşağı salır:

"Vətəndaşlar ilk olaraq əgər iaşə, pərakəndə ticarət müəssisələrində ƏDV-ni geri almaq istəyirlərsə, o zaman öncə istehlak etdikləri ticarət obyektinin vergi ödəyicisi olub, olmadığını öyrənməlidirlər. Çünki müəssisə vergi ödədikdə onun verdiyi qəbz ədv-ni geri qaytara bilər. Bu məqam diqqətdə saxlanılmalıdır.

Digər bir məsələ bütün məsullara ƏDV verilməməsidir. Bəzən mənə də müraciət olunur ki, marketdən alış-veriş etmişəm sistemə daxil edirəm amma ƏDV verilmir. Kənd təsərrüfatı məhsulları, 2022- ildən bəri tütün məhsulları ƏDV-dən azaddır. Belə olduğu təqdirdə "cashback" geri qaytarılmır.

Eyni zamanda, texniki qüsurların olması ilə bağlı kifayət qədər şikayətlər, narazılıqlar var. Məsələn, şikayətlərdən biri "sistemə daxil edilən qəbzin ƏDV-si 90 dəqiqədən sonra geri qaytarılacaq" yazılsa da, günlər keçir amma cavab gəlmir. Bunlar texniki məsələlərdir, sistemin operativ işləməsi auditoriyanı daha da artırar.

Ümumilikdə götürsək, ƏDV-nin verilməsi legallaşma ilə bağlıdır. Yəni əsas məqsəd dövriyyənin qanuniləşdirilməsi və gizli iqtisadiyyatla mübarizənin aparılmasıdır".
Azərbaycanda ƏDV FIRILDAĞI: İnsanları aldadırlarBu sistemdə əsas nöqsan nədir?

Ekspertin sözlərinə görə, ƏDV-nin faizləri artırılmalıdır: "ƏDV-nin geri verilməsi əslində kiçik-orta mikrosahibkarlığı sıradan çıxarır. Yəni tələbin təmərküzləşdirilməsinə xidmət edir. İri vergi ödəyicilərinin xidmətlərinə meylliyi təşviq edir. Qonşu marketlər, kiçik kafelər, pərakəndə ticarət müəssisələri və s. onlar bu sistemin təzyiqləri altında əzilir və sıradan çıxır.

Bundan əlavə, nöqsanın özünün məqsədə xidmət etmə effektlivliyi. Yəni 1000 manat alış-veriş etdikdə, 15 manat və ya 22 manat (nağdsız olduğu təqdirdə) hər hansı geri dönüş alırsızsa, bu sizi o qədər də maraqlandırmır. Bu da sistemdən istifadə marağını aşağı salır. Əgər faizlər qaldırılsa, insanlar bu prosesdə daha maraqlı olarlar".

Vergidən yayınma bizim ölkədə institutlaşıb...

"İqtisadiyyatın əhəmiyyətli hissəsi ölkəmizdə illegal çalışır. Vergidən yayınma bizim üçün institutlaşıb. ƏDV geri al mexanizminin yaradılması illegal çalışan iqtisadiyyatla mübarizə məqsədi daşıyır. Əgər mağaza qəbzi tələb edəndə QR kodunu ( ədv olan hissəsini) vermirsə, qanuna ziddir. İnsanlar bunu satıcıdan tələb etməlidir.

Digər bir məsələ isə mağazalarda yeni nəsil kassa aparatının olmamasıdır. Bəzən alıcı qəbz tələb etdikdə alınan məhsulun siyahısı, çəkisi və qiyməti olan, anbara bağlı çek verilir. O qəbz rəsmi sənəd deyil və alıcını aldadırlar.

Birmənalı olaraq, insanlar bilməlidir ki, rəsmi dövriyyəni legallaşmasını və qanuniliyini göstərən qəbzlər üzərində vergi ödəyicisinin bütün göstəriciləri, alınan saat, QR kodu və Fiskal İD-si əks olunan çeklərdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2945   Tarix: 04 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr