"İşləyən valideynlərin övladlarının qorunmasını təmin edən mexanizmlər olmalıdır"
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son zamanlar uşaqlara qarşı şiddətin artdığını müşahidə edirik. Kimsə azyaşlı uşağa təcavüz edir, kimsə öldürür. Bir neçə gün öncə ölkəmizdə ata uşağını qonşuya əmanət edərək işə getdikdən sonra qonşu 4 yaşlı uşağı öldürərək basdırıb. Bu kimi halların qarşısını almaq üçün valideyn nə etməlidir? Ailəsinin, övladının ac qalmaması üçün uşağı kimə əmanət edib, işə getməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Fazil Mustafa açıqlama verib.
O bildirib ki, Avropada vəziyyət fərqlidir:
"Avropada belə bir şey ola bilərmi ki, uşaq başsız qalsın, ana gedib işləsin?!
Bizdə isə yüzlərlə belə ailələr var. Onlar da işləyib, "çörək pulu" qazanmalıdırlar. Nə etsinlər?! Bu, bir faciədir! Modern dövlət anlayışımıza, bununla bağlı çağırışlarımıza heç uyğun gəlməyən bir şeydir.
Bunun qarşısını almaq üçün əslində bağça sistemi var. Uşağı yerləşdirmək üçün bağçalar, müəyyən məbləğdə maaş alan dayələr, xüsusi dövlət müəsissələri, ayrı-ayrı qurumlar, nazirliklər, komitələr mövcuddur. Lakin bu sistem də lazımi səviyyədə işləmir.
Problemin həlli üçün yeni məktəb yaratmağa ehtiyac yoxdur. Sadəcə mövcud bağçaları düzgün şəkildə təsis etmək lazımdır ki, istənilən valideyin uşağını buraya təhvil verə bilsin.
Belə bir şey ola bilərmi ki, bağçada yer olmasın?! Bağçaya elə adam təyin edirlər ki, bu sahəyə heç dəxli yoxdur".
Deputat küçədə dilənən, sahibsiz uşqlarla bağlı da fikirlərini bildirib:
"Bu qədər sahibsiz uşaq dilənçilik edir. Onları hara yığaq?! Onlar üçün xüsusi məktəb olmalıdır. Valideyn əgər himayəsinə götürmək istəmirsə və ya imkansızlıqdan uşağı evdə atıb işə gedirsə, dövlət uşaqdan necə imtina edə bilər?!
Sabah bu uşaq hərbçi kimi yetişməlidir, hər hansı bir sahədə bilikli olmalıdır. Ola bilər, ailə ona sahib çıxa bilmir, amma dövlət sahib çıxmalıdır.
Bu, faciəvi bir məsələdir. Bizim sadəcə "iç üzümüzü" açan, biyabırçı vəziyyətimizi göstərən bir faktdır.
Hesab edirəm ki, sözügedən hadisənin heç bir izahı yoxdur. Bu kimi məsələlərdə heç bir halda kiməsə haqq qazandırmaq olmaz. Başqa nə edə bilərsən? Hansı yeni qayda tətbiq edə bilərsən?
Ölkədə uşaq evləri, işləyən valideynlərin övladlarının qorunmasını təmin edən mexanizmlər olmalıdır. Bununla bağlı yeni təkliflər verilməlidir.
Vaxtımızı o qədər mənasız işlərə sərf edirik. Amma insanı qoruyacaq mexanizləri qurmamışıq. Bizdə insana dəyər vermə anlayışı çox zəifdir. Baxışımız Avropa baxışı ilə bir deyil.
Bu, utancverici və ürək ağırıdan məsələdir.
Ata-ana işləyirsə və ya qadın uşağını tək böyüdürsə və ailənin "çörək gətirən"i odursa, ona şərait yaratmaq lazımdır ki, uşağını təhlükəsiz yerdə, dövlətin himayəsində saxlaya bilsin. Orada yemək-içməyini versinlər.
Bu, uşaqdır! Qonşuya uşaq tapşırıb işə getmək olar?! Bununla məsələ həll olunmur. Çox vaxt qonşu da bilmir, o uşağın xəstəliyi var ya yox.
Problemi olub, imkansızlıqdan müayinə olunmamış ola bilər.
Ona görə də burada kimisə pis vəziyyətə qoymaq yerinə, tədbirlər görülməlidir".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...