"Anaya xəbərdarlıq etməkdənsə..."
Bir neçə gündür mətbuatda evdə tək qalan uşağın mənzilin eyvanından ağlayaraq anasını səsləməsi ilə bağlı videogörüntülər yayılıb.
Görüntülərdən də aydın olur ki, azyaşlının anası onu mənzildə tək qoyaraq işə gedib və evdə tək qalan uşaq yaşadığı 16-cı mərtəbənin eyvanından ağlayaraq onu çağırır.
Məlum olub ki, həyat yoldaşından ayrılan və tək uşaq böyüdən ana ailəsini dolandırmaq üçün yaxınlıqdakı şirniyyat müəssisəsində işləyir. Uşağı isə məcburiyyətdən evdə tək qoyaraq işə çıxır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayılmış videogörüntülərlə bağlı ailəni ziyarət edib və anaya valideynlik məsuliyyəti barədə xəbərdarlıq edildiyini açıqlayıb. Bildirilib ki, bir daha bu hal təkrarlanarsa, valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.
"Qafqazinfo"nun xəbərinə görə, qurumun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Tək yaşayan və övladının acından ölməməsi üçün çalışan anaya kömək əvəzinə xəbərdarlıq olunması tənqid olunub. Bildirilib ki, ona müvafiq dəstək göstərilsəydi, o da bu çətin vəziyyətdən çıxa bilərdi. Həmçinin qeyd olunub ki, ananın aldığı məvacib yetərli olsaydı, övladını uşaq bağçasına yerləşdirə bilərdi.
Vəkil Zibeydə Zəkəriyyəyeva da anaya aidiyyəti dövlət qurumunun xəbərdarlıq etməsini tənqid edib. O qeyd edib ki, əslində ananın niyə uşağını evdə tək qoyub getdiyi araşdırılmalı və ona bu istiqamətdə köməklik olunmalı idi:
"Anaya xəbərdarlıq etməkdənsə, vəziyyətini yaxşılaşdırmaq üçün hansı tədbir görüldüyünü deyin. Nəyə görə, ana gecəyə kimi işləyir? Axı iş vaxtı gün ərzində 8 saat olmalıdır? Araşdırdınızmı, gün ərzində çox saat işləyən ana nə qədər məvacib alır? Araşdırdınızmı, ana nə üçün körpə balasını evdə tək qoyub işə gedir? Amma anaya tez xəbərdarlıq etdiniz və bu barədə dərhal məlumat yaydınız".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1806 Tarix: 05 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Salyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr