Son zamanlar artan cinayətlərlə bağlı psixoloqdan AÇIQLAMA

Son zamanlar artan cinayətlərlə bağlı psixoloqdan AÇIQLAMASon zamanlar cəmiyyətdə, xüsusilə də "qohumlar" arasında cinayət halları, zorakılıq daha da çoxalıb. Birinin sözü digərinin "boğazından keçmədikdə" güc tətbiq olunur.

Psixoloq Aygün Cəfərova Sonxeber.az-a açılamasında bildirir ki, ümumiyyətlə, cinayət halları qeyri-adekvat davranış forması kimi nəzərə alınır:

"Günlük həyatımızda tez-tez rast gəlirik ki, insanlar heç aidiyyəti olmayan söhbətlərə çox emosional yanaşırlar və çox sərt reaksiya göstərirlər. Bunun səbəbi insanlarda emosional yüklənmə olur. Həyat tərzlərində, istər ailədaxili, istər digər münasibətlərində o qədər lazımsız informasiya ilə yüklənirlər, özlərini ifadə etməkdə o qədər çətinlik çəkirlər ki, insanda emosiyalar basdırılır və heç aidiyyəti olmayan bir səbəbdən öz davranışlarını, hisslərini idarə edə bilmirlər. Nəticədə, sərt reaksiya göstərir, qeyri-adekvat davranış forması seçirlər. Bir-birilərini psixoloji, fiziki şəkildə incidə bilirlər. Hətta davranış modelinin ən kəskin formasını seçirlər ki, bu da ölümə kimi aparıb çıxarır.

Bütün münasibətlərdə ən gözəl çıxış yolu düzgün ünsiyyət qurmaqdır. Sadəcə, insanlar o qədər hisslərini örtür, düzgün ifadə edə bilmirlər ki, ünsiyyəti ikinci-üçüncü plana atırlar.

Əgər hər hansı ehtimala qapılıb cinayət törədilirsə, bu, artıq o cinayəti törədənin düşüncə tərzi ilə bağlı olan bir problemdir. Əgər həmin şəxs faktlara əsaslanmadan, hər hansı ehtimal yürüdürsə, analiz etmirsə, bu o deməkdir ki, o, öz düşüncələrini qarşı tərəfə proyeksiya edir.

Nə baş verir ki, bir insan digərinə qarşı cinayət əməli törədir? Səbəb odur ki, bu insanlar ünsiyyətə girə bilmirlər, onlar arasında hansısa konfliktiv münasibətlər var.

Adi misal çəkək; yolda bir insan qarşıdan gələn tanışına salam verir, o biri salamı almırsa, artıq düşünür ki, ona qarşı kini var. Halbuki qarşıdan gələn şəxs fikirli olub, salam almamış ola bilər.

Hamı istəyir ki, qarşı tərəf onun istədiyi kimi düşünsün, hərəkət etsin. "Əgər fərqli düşünürsə, deməli, səhv düşünür", "Mənim kimi düşünmürsə, pis adamdır" kimi fikirlər yanlışdır.

Əgər insanlar bir-birilərinin dəyərlərinə hörmətlə, şəxsiyyət kimi yanaşsalar, fikirlərinə subyektiv deyil, obyektiv dəyər versələr, bu problemlərin qarşısını almaq olar.

Ümumiyyətlə, sosial şəbəkələr, seriallar insanlarda analitik düşüncəni sərhədləyir. Emosional insanlar təsir altına daha tez düşürlər. Hazırda empatiya hissi insanlarda çoxdur. Belə insanlar filmlərin, serialların, telefondakı bəzi oyunların təsirinə düşür və izlədiklərini öz həyatlarında tətbiq etməyə, görməyə və axtarmağa çalışırlar.

Ünsiyyət qurmaq, hisslərini düzgün ifadə edə bilmək, başqalarının düşüncəsinə hörmət etmək bu kimi problemlərin aradan qalxmasına ən başlıca təsir vasitəsidir.

Bütün bu dəyərlər ailədən gəlir. Övladlara uşaq vaxtından elə yanaşılmaldır ki, o, cəmiyyətdə şəxsiyyət kimi formalaşan zaman ətrafdakı insanlarla düzgün münasibət qura bilsin".

Son zamanlar artan cinayətlərlə bağlı psixoloqdan AÇIQLAMAAygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1152   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr