Avropanın indi Azərbaycana daha çox ehtiyacı var - TƏHLİL

Avropanın indi Azərbaycana daha çox ehtiyacı var - TƏHLİLAzərbaycan qazının Avropaya nəqlini həyata keçirən Cənub Qaz Dəhlizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə artıq bir ildən çoxdur ki, tam istismardadır. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib və qazın Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana nəqli baş tutub.

Hazırda isə qaz hasilatının, ixracın və dəhlizin əhatə dairəsinin genişləndirilməsi aktualdır. Bu və digər məsələlərin müzakirəsi ilə bağlı fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Toplantıda Cənub Qaz Dəhlizi ilə bağlı nailiyyətlər və perspektivlərlə yanaşı yeni enerji bazarları, dəhlizin Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi və enerji keçidi - karbohidrogen mənşəli yanacaqlardan istifadənin, metan tullantılarının azaldılması da müzakirə edildi.

Danışıqların istiqamətindən belə nəticə çıxartmaq olar ki, ilk növbədə əsas məqsəd Cənub Qaz Dəhlizinin ötürücülüyünün və əhatə dairəsinin genişləndirilməsidir. Bu səbəbdən yaxın vaxtlarda "Şahdəniz" yatağından da hasilatın artırılmasında təkidlidir. Görünən odur ki, Azərbaycan da bu artan tələbi qarşılamağa hazırdır.

Azərbaycan enerji mənbələrini genişləndirməklə qaz hasilatını və ixracı artıracaq

Fevralın 4-də Bakıda baş tutan iclasda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan isə Avropanın artan enerji tələbatını qarşılamağa hazırdır. Buna görə də növbəti dövrdə paralel olaraq hasilatı artıracaq.

Toplantıda tezliklə ən böyük qaz kondensatı yataqlarından olan "Abşeron"da hasilata başlanılacağının anonsu verildi. O cümlədən, "Babək" yatağının 400 milyard, "Ümid" yatağının 200 milyard kubmetrlik qaz ehtiyatları nəzərə çatdırılaraq tezliklə "Azəri-Çıraq-Günəşli"dən istismara verilməsi gözlənilən dərin qaz hissəsində yüz milyardlarla kubmetr mavi yanacaq olduğu vurğulandı.

Ölkənin təsdiq edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr və ən böyük yataq olan "Şahdəniz"in ehtiyatları bir trilyon kubmetr olduğu qeyd edildi. Yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində bunun daha da çox ola biləciyi diqqətə çatdırıldı. Bununla da Azərbaycan mövcud ehtiyatları ilə Avropanın enerjiyə olan tələbinin qarşılana biləcəyi elan etdi.

İndi Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı alternativ enerji təchizatçıdır

Bu gün dünyada artan enerji tələbinə uyğun olaraq qiymətlər də artır. Buna görə də Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Bununla da Avropa enerji təchizatında bir və ya bir neçə ölkədən asılılığı azaltmış olacaq.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizinin davamlı uğur hekayəsi olduğunu vurğulayır. İndi Avropa dəhlizin öz ötürücülük qabiliyyətinin artırılmasında daha çox maraqlıdır. Hətta coğrafi baxımdan dəhlizin genişləndirilməsi məsələsi belə araşdırılır.

"Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. ... Enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar", - xanım Simsonun bu çıxışı Avropada hazırkı vəziyyətlə bağlı aydın mənzərə yaradır, həm də Avropanın mövcud geosiyasi gərginlik fonunda Azərbaycanı alternativ və etibarlı təchizatçı kimi gördüyünü sübut edir.

Qaz təchizatında alternativ mənbələr Avropa üçün indi daha çox vacibdir. Ukrayna və Rusiya arasındakı siyasi gərginlik Avropanın qaz təhlükəsizliyini bir qədər sual altında qoya bilər. Çünki Avropa qaz idxalında müəyyən qədər Rusiyadan asılıdır.

Yaxın zamanda qaz təchizatının Qərbi Balkanlara doğru genişləndirilməsi prioritet olacaq. Çünki, Kadri Simson çıxışında da bildirdi ki, bu ölkələrdə kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçid önəmlidir, hətta bu təcili xarakter daşıyır, çünki kömürdən istifadə edən stansiyaların istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir.

2022-ci ilin iyulunda artıq dəhlizin ötürücülüyünün nə qədər artırıla biləcəyi ilə bağlı nəticələr açıqlanacaq ki, bu da Avropa nümayəndəsinin də vurğuladığı kimi Aİ üçün olduqca əhəmiyyətlidir.

Azərbaycan alternativ - "yaşıl enerji"yə keçid hazırlığında da Avropaya dəstək verəcək

Toplantıda, Avropanın növbəti onillikdə tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirəcəyi vurğulanıb. Qeyd edilib ki, Avropa böyük hidrogen bazarıdır və üçüncü ölkələrdən idxala açıqdır. Bu, Azərbaycan üçün bir növ ismarış xarakteri daşıyır. Çünki hazırda Cənub Qaz Dəhlizi ilə hidrogenin nəqli də araşdırılır.

Həmçinin Avropanın karbondan azad gələcəyində Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac olduğu görünür. Əslində, Azərbaycan öz "yaşıl enerji" siyasətinə münasibətdə çox işlər görüb. Son illər ərzində xüsusilə alternativ enerji mənbələrinə əhəmiyyətli investisiyalar edilib. Ölkəmiz həm də elektrik enerjisini ixrac edir və ixracda daha da uzağa, Avropaya qədər gedə biləcəyini istisna etmir.

Əslində, Azərbaycan Avropa üçün prioritet təşkil edən məsələlərin həllini illərdir ki, araşdırır və artıq reallaşdırmağa başlayıb. Toplantıda da qeyd edildiyi kimi, "yaşıl enerji" strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.

Nəticə olaraq Azərbaycan qaz hasilatını növbəti dövrdə daha da artıracaq. Bu, ölkədaxili artan tələbin də qarşılanması deməkdir. Həm də iqtisadiyyatımız üçün artan ixrac, artan gəlir deməkdir. Digər tərəfdən isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun genişlənməsi onun regionda geosiyası mövqeyinin də möhkəmlənməsi göstərir. Həmçinin, görünən odur ki, Azərbaycan alternativ və bərpa olunan enerji ixracında da olduqca iddialıdır.

Nigar Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1033   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident İlham Əliyev müşavirə keçirdi

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki

22 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr