Polislər gələnədək meyitlərin yanında gözləyib - Dəhşətli qətlin detalları

Polislər gələnədək meyitlərin yanında gözləyib - Dəhşətli qətlin detallarıGoranboy rayonunda bacı və qardaşın qətli ilə bağlı bəzi məqamlar məlum olub.

"Qafqazinfo" xəbər verir ki, rayonun Qarasüleymanlı kəndində yerləşən torpaq sahəsinə görə kəndlilər arasındakı münaqişə yekunda qətllə nəticələnib. Cinayət hadisəsi də elə həmin torpaq sahəsində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyev həmkəndliləri 52 yaşlı Pərviz Namazov və onun bacısı, 62 yaşlı Səlmini bıçaqlayaraq öldürüb.

Onların öldüyünə əmin olduqdan sonra DİN-in 102 xidmətinə zəng edərək qətl törətdiyi barədə məlumat verib. İ.Haqverdiyev polislər gələnədək bir müddət meyitlərin yanında oturaraq gözləyib.

İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub. Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2229   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir

Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. "Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib. O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasın

24 aprel
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

2 aprel
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel