"Sən nə gözəlsən" deyib uşaqları sevindirən müəllimə GÜNDƏM OLDU - VİDEO

"Sən nə gözəlsən" deyib uşaqları sevindirən müəllimə GÜNDƏM OLDU - VİDEOSon vaxtlar təhsil müəssisələrində baş verən bəzi hadisələr, şagird-muəllim, uşaq-tərbiyəçi münasibətləri təhsil sistemində baş verən mənfilikləri ortaya qoydu. Amma bir neçə gündür ki, sosial şəbəkələrdə sevilərək paylaşılan video hər kəsin üzündə təbəssümə və bu yolda ümidə səbəb oldu. Söhbət Lənkəranın Jidi kəndində çalışan Leyla Qarazadə və onun "kəpənək" adlandırdığı şagirdlərindən gedir.

Sonxeber.az Leyla müəlliməni daha yaxından tanımaq və tanıtmaq üçün onunla ilə əlaqə saxlayıb.

2018-ci ildə adı çəkilən kəndə müəllimə təyin olunan Leyla xanım elə o zamandan hədəfinin əylənərək öyrətmək olduğunu deyir.

Onun fikrincə, dərs prosesi yalnız "ciddi sifətlə" 45 dəqiqə durmadan nəyisə oxutmaq, danışmaq və ya əlinə telefon götürüb "TikTok"da vaxt keçirmək deyil.

Leyla Qarazadə işini də, şagirdləri də sevən müəllimlərdəndir. O, uşaqları belə motivasiya etdikdə, digərlərinə də onların enerjisinin keçdiyini deyir:

"Kənd məktəbinə təyin olunduğum ilk günlərdən valideynlərdən müsbət geri dönüşlər almağa başladım. Onlar mənə təşəkkür edirdilər, deyirdilər ki, özləri vaxt tapıb uşaqlarla oynaya, əylənə bilmirlər, amma indi uşaqları məktəbdə tətbiq etdiyimiz oyunları evdə də təkrarlayırlar. Mən yalnız uşaqlarla deyil, həm də valideynlərlə çalışmaga başladım. Çünki münasibətləri uşaqların inkişafında mühüm rol oynayır.

Kənddə görülən nə iş varsa, biz birlikdə edirik: çörək yapmaq, gül əkmək və s. Mən uşaqlara "kəpənəklərin" deyirəm. Çünki onlara "sən bu gün çox gözəlsən" deyəndə, onların gözündəki ışıltıni, kəpənək kimi uçmaq istədiklərini görürəm. Bu gün "sən nə gözəlsən" sözü bizim məktəbdə, demək olar ki, şüara çevrilib. Bu sözün sehrindən onların özlərinə inamının artdığını, öz gözəlliklərini kəşf etdiklərini görürəm. Dərslərdə fəal iştirak edir və gün ərzində bu sözləri bir-birinə də deyirlər".

Müəllim otağın içində böyük kitabxana düzəldə bilər. Amma o otağın qapısı bağlı qalsa, heç kim faydalana bilməz. Ona görə də uşaqlara, Leyla müəllimə kimi, düzgün açar, motivasiya da vermək lazımdır.

Onun çəkdiyi və son günlər böyük marağa səbəb olan videonu təqdim edirik:

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2037   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr