"Qəhrəmanların bir Vətəni, bir də bayraq sarılmış tabutu olur"

"Qəhrəmanların bir Vətəni, bir də bayraq sarılmış tabutu olur"Qəhrəmanların bir Vətəni, bir də bayraq sarılmış tabutu olur.

Azərbaycan! Bu doğma adı eşidəndə qürurlanıram, fərəhlənirəm, eyni zamanda beynimi iki sual narahat edir.

Birincisi, niyə dünyada azərbaycanlılar və türklər qədər Vətənini canından çox sevən üçüncü bir millət yoxdur?

İkincisi, niyə kasıb ailələrdə boya-başa çatan insanlar varlı ailələrdə böyüyən insanlardan daha çox sevir Vətənini?

Bu suallara hər kəs fərqli-fərqli cavablar verə bilər. Mən bu sualın cavabını işimlə bağlı rayona gedərkən, yol kənarında, şəraitsiz yerdə, soyuq havada qutab bişirib satan iki ağbirçək ananın ailəsini, balalarını dolandırmaq üçün min bir əzab əziyyətə qatlanmasını görüncə tapdım.

Bizə Vətəni sevdirən zəhmətkes, qayğıkeş, qeyrətli, namuslu analarımızın verdiyi tərbiyədir. Övladlarını əzab-əziyyətlə böyütməyidir. Əziyyət görməyən, var-dövlət içində yaşayan insanlar Vətən qədrini onlar qədər bilməzlər. Çünki kasıbın gedəcək başqa məmləkəti yoxdur. Ölsə də, qalsa da, torpağına bağlıdır.

Buna canlı sübut 44 günlük Vətən müharibəsində və hazırda Qabağımızda Vətənin müdafiəsi üçün canından keçən, min bir əzab-əziyyətlə boya-başa çatan igid qəhrəmanlarımızdır, böyük əksəriyyəti kasıb ailələrdə böyüyən oğullardır. Şəhid tabutu uzərində boynu bükük, gözü yaşlı, dik durmağa çalışan kasıb analar və atalardır.

30 il ərzində kimsə görüb ki, hansısa varlı ailənin oğlu Azərbaycanın şanlı bayragi ilə üzlənmiş tabutda gəlsin evinə? Heç arzulamıram da. Bilirəm, bu dediklərim çox adamın xoşuna gəlməyəcək, amma reallıq budur.

Allah bütün Azərbaycan, türk balalarını qorusun, fərqi yoxdur, varlı balası, kasıb balası - hamsı bizimdir, amma Vətəni sevmək lazımdır, Vətən üçün candan keçməyə hazır olmaq lazimdır, çünki bura bizim Vətəndir, Vətən ana deməkdir! Başqa anamız olmadığı kimi, başqa Vətənimiz olmayacaq! Olsa da, ögey olacaq...

"Qəhrəmanların bir Vətəni, bir də bayraq sarılmış tabutu olur"Tural Qoca


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1109   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr